Emin xanımlara mahnı həsr edib - Video
Bizi izləyin

Tabloid.az

Emin xanımlara mahnı həsr edib - Video

Sizin bircə gülüşünüz biz kişiləri dağıaşırtmağa belə ilhamlandırır

Azərbaycanlı bəstəkar-müğənni Emin Ağalarov yeni ekran işini dinləyicilərə təqdim edib. Müğənninin yeni mahnısı “Woman” dilimizə tərcümədə qadın mənasını verir. Mahnını Emin avstraliyalı həmkarı Çarli Uilyams ilə duet şəklində ifa edib.

Qış fəslinin olmasına baxmayaraq, klip yay təəssüratı yaradır.

Emin isə ifa etdiyi bu mahnını bütün xanımlara həsr etdiyini bildirib:

“Biz “Woman” adlı mahnımızı həyatımızda olan ən gözəl insana – xanımlara həsr edirik. Planetin bütün xanımlarına həsr edirik. Onların hər biri özlüyündə gözəl və unikaldırlar. Bizim analarımıza, nənələrimizə, həyat yoldaşlarımıza, qızlarımıza, bacılarımıza. Ümid edirik ki, bizim günəşli klipimiz Sizin üzünüzdə təbəssüm yarada biləcək. Çünki Sizin bircə gülüşünüz biz kişiləri dağı aşırtmağa belə ilhamlandırır”.

Qeyd edək ki, klipin çəkilişləri Mayamidə aparılıb. Mahnı və klip Eminin 24 martda işıq üzü görəcək “More amor” adlı ingilis dilli albomuna dəstəkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm