Daş divar dekorasiyasına adi modern nümunələr - Fotolar
Bizi izləyin

Tabloid.az

Daş divar dekorasiyasına adi modern nümunələr - Fotolar

Daş divar dekorasiyası - Fotolar

Son aylarda ev dekorasiyasında daş divarlar getdikcə daha çox nəzərə çarpır.Ev dekorasiyasında fərq yaradan daş divarların evə hərarət qatan aurası var. Qrunj (musiqi janrından meydana gələn çılğın, dəlisov və təbii tərz deməkdir) ev dekorasiya nümunələrində də tez-tez qarşımıza çıxan daş divarlar orijinallardan ayırd edilməyən hazır panellər sayəsində düzəldilir. Ümumiyyətlə, klub dekorasiyalarında çox rast gəldiyimiz daş divarlar evin tək bir divarına tətbiq olunduqda maraqlı görünür.

Daş divar dekorasiya üçün kiçik təkliflər:

Daş divarlar dekorasiyasında ən bəyənilən detallardan biri düzgün seçilmiş plakatlardır. Divarın rənglərinə görə hazırlanmış gözəl tipoqrafik plakatlar çox tərz görünür.

Hər evdə mütləq olması lazım olan bitkilər daş divarların önündə daha gözəl görünür. Daş divarlar metal əşyalarla, aksessuarlarla sintez edildiyi zaman da mənzərə dəyişir.

Daş divarlı sahəni bəzəyərkən neon (əlvan) rəngləri istifadə etməkdən qorxmayın. Daş divarın neytral görkəmi ilə gözəl tarazlıq yaradan neon rənglər diqqət çəksə də, bayağı görünmür.

Daş divar dekorasiyası mətbəxdə də gözəl görünür. Qazanlar, tavalar və qaşıqlar daş divarların fonunda isti yuva mühiti yaradır.

Minimalist dekorasiya sevirsinizsə, daş divarla yalnız ağın müxtəlif tonlarını istifadə edərək edə bilərsiniz. Metal və taxta əşyalarla möhtəşəm harmoniya yaradan daş divar dekorasiyasına adi bəyəndiyimiz nümunələri nəzərdən keçirməyi unutmayın. Bir qədər ilham alıb öz evinizi yaratmaq isə sizn öz işinizdir...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm