Pis xolesterini azaldan dadlı meyvə
Bizi izləyin

Tabloid.az

Pis xolesterini azaldan dadlı meyvə

Alma həm dadına, həm də faydalarına görə, ən çox sevilən meyvələr sırasındadır

Alma həm dadına, həm də faydalarına görə, ən çox sevilən meyvələr sırasındadır. Bu günə kimi bir çox sağlamlıq problemlərini aradan qaldırdığı məlum olan almanın daha bir faydası da üzə çıxıb. Araşdırmalar almanın pis xolestrolu aşağı saldığını ortaya çıxarıb.

Mütəxəssislər davamlı olaraq hər gün bir ədəd alma yeyən şəxslərin xolestrol problemi yaşamayacaqlarını bildirirlər.

Almanın tərkibindəki lif ve antioksidanlar pəhriz saxlayanlar üçün də uyğundur. Həm arıqlamaq istəyənlər, həm də olduqları kiloda qalmağı arzulayanlar bu şəfa mənbəyi olan meyvədən faydalana bilərlər.

Alma bədənin yağ toplamasının qarşısını alır və əzələlərin inkişafını dəstəkləyir.

Tərkibindəki vitamin və minerallar sayəsində həm dərinizin gözəl və sağlam görünməsinə səbəb olur, həm də immunitet sistemini qüvvətləndirərək xəstəliklərə yaxalanma riskinizi azaldır.

Diyetoloqlar almanı şəfalı çaylarla birlikdə istifadə etməyi məsləhət görürlər. Almanı darçın, gicitkən otu ilə birlikdə istifadə etdikdə detoks effekti verir.

Bağırsaq və döş xərçənginin qarşsını almaq üçün bədənin bu tip detokslara ehtiyacı var.

Həkimlər hər gün bir ədəd alma yeməyi ənənə halına gətirən insanların şəkər xəstəliyinə yaxalanma riskinin azaldığını bildirirlər.

Almanın faydaları bununla da bitmir. Antioksidant təsiri sayəsində sinir sistemi xəstəliklərinin, o cümlədən də alzeymerin qarşısıını alır.

Alma hamilə qadınlara da tövsiyə edilir. Hər gün 1 ədəd alma yeyən hamilə qadınların dünyaya gətirdiyi körpələrdə astma və digər tənəffüs yolu problemləri müşahidə edilmir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm