Anar Mədətov: “Meyxana “bozbaş” janr hesab olunurdu”
Bizi izləyin

Tabloid.az

Anar Mədətov: “Meyxana “bozbaş” janr hesab olunurdu”

Prodüser Anar Mədətov “bozbaş” musiqi janrından danışıb.

Prodüser Anar Mədətov “bozbaş” musiqi janrından danışıb. O, əvvəl “bozbaş” adlandırılan musiqinin indi hamı tərəfindən qəbul olunduğuna eyham vurub. Prodüser bu haqda “Gün üzü” verilişində danışıb.

“Sovet dövründə meyxana palatkalarda təşkil olunurdu və “uçastkoviy"lara tapşırırdılar ki, meyxana gecəsinin keçiriləcəyi tərəfə gəlməsinlər. İndi isə hit mahnıların əksəriyyətinin müəllifi meyxanaçılardır. Şairlər bir-iki mahnının sözlərini “tutuzdurub” deyə qiymətləri kəllə çarxa qaldırır. 500-1000 manata mahnıya söz yazırlar. Meyxanaçıya mahnı sözü üçün müraciət edəndə isə söz də yazır, hələ üstəlik ifa zamanı da maraqlanır ki, bəlkə düzəliş və ya əlavə etmək lazım gələr. Bugün hit olan mahnıların 90 faizinin sözlərini meyxanaçılar yazıb. Bu janra bir vaxtlar “bozbaş janr” deyirdilər. Amma indi Rusiyada remiksləri reperlərlə edikləri kimi, bizimkilər də meyxanaçılarla edir. “Davay, do svidaniya”ya lağ etdilər. O, isə bütün Rusiyanı ayağa qaldırdı. Sovetlər dövründə “Ay qız sən oyna, incə bel oynasın” mahnısını heç kim oxumurdu. Bozbaş mahnı sayılırdı. Amma indi hamı bu mahnını ifa edir “.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm