Rusiyanın ən cazibədar sarışını - Fotolar
Bizi izləyin

Tabloid.az

Rusiyanın ən cazibədar sarışını - Fotolar

Rusiyanın ən cazibədar sarışını - Fotolar

Rusiya şou-biznesinin ən gözəl xanımı Vera Brejneva bu gün 33 yaşını qeyd edir. O, nəinki mütəmadi olaraq bütün reytinqlərin ən seksual qadını seçilir, həm də öz müdrikliyi və incəliyi ilə məşhurdur. Bundan başqa, Vera fəal şəkildə xeyriyyəçiliklə məşğul olur. O, BMT-nin xoşməramlı səfiri "Veranın şüası" fondunun da təsisçisidir. Tabloid.az bu gün Rusiyanın ən gözəl sarışınının 33 yaşının tamam olması münasibəti ilə gözəllik sirlərini təqdim edir:

Vera Brejneva çox gözəl, həm də səxavətli qadındır. Başqa qadınlardan fərqli olaraq, Vera gözəllik sirlərini gizlətmir, hamı ilə bölüşür. Vera həmcinslərinin də özü kimi cazibədar və incə olması üçün şəxsi "İnstragram" bloqunda mütəmadi olaraq məsləhətlər verir.

“Hər şey mənim gözəllik sirlərim haqqında çəkilən videodan başladı. Video qidalanma rejimim, hansı idmanla məşğul olduğum, saçlarıma və dərimə qulluğum barədə idi. 45 dəqiqəlik videonun baxış sayı 2 milyonu keçib. Bu, məni daha da həvəsləndirdi və davam etməyə qərar verdim. Əvvəlcə qısa video roliklər çəkməyi planlaşdırmışdım, sonra bunun çox vaxt aparacağını düşündüm. Daha sonra “instagram”da bloq yaratmağa qərar verdim. Orada mənimlə bağlı hər şeyi, fikirlərimi bölüşürəm, gözəllik və sağlamlıq haqqında yazıram. Paylaşımlarımı oxuyanların şərhləri məni çox sevindirir. Məsləhətlərimə əməl etdikdən sonra həyatlarında ciddi dəyişiklik baş verdiyini yazırlar. Məşhurluğumun da minlərlə qadının etimadını qazanmaqda böyük rolu var. Öz təcrübələrimi bölüşərək onlara yardım etməyə çalışıram.

Qadının necə görünməsi özündən asılıdır. Əgər qadın özünə hörmət edirsə, sevdiyi kişinin xoşuna gəlmək istəyirsə, özünə güzgüdə baxanda zövq almaq, ümumiyyətlə, zərif qalmaq istəyirsə, müəyyən nüansları nəzərə almalıdır. Həmçinin əmimi və mehriban olmalıdır. Mən bu nüansları nəzərə aldığım üçün hamiləlikdən sonra tez zamanda əvvəlki formama qayıda bildim”.

Veranın fikrincə, ideal bədən quruluşuna sahib olmağın birinci qaydaları düzgün qidalanma və idmandır. O, hesab edir ki, kalorili məhsullardan tamamilə imtina edildiyi təqdirdə daha tez qüsursuz bədənə sahib olmaq mümkündür. Müğənni həm də ona kömək edən və dərisini ideal vəziyyətdə saxlayan kosmetik proseduralar haqqında bunları yazır:

“Pəhriz saxlamıram. Nəticə etibarı ilə sən özün-özünə qadağa qoyursan və özün də qaydaları pozursan. Mən yüngülləşdirilmiş qida rejiminə üstünlük verirəm. Qazlı və şirin sulardan ümumiyyətlə, istifadə etmirəm”.

Vera ideal formada qalmaq üçün idman və düzgün qidalanmaqdan başqa, pilinqi, masajı və yoqanı da çox sevir. “Xoşbəxtlikdənmi, ya da bədbəxtlikdənmi mənə pəhriz saxlamağa vaxt qalmır. Onlar yalnız kompleks halda nəticə verir. Özlüyündə - heç nə. Onların effektini yalnız etdiyin müddətdə hiss edirsən, dayandırdıqda isə effekt gedir. Kursun qiyməti isə az deyil”. Müğənni məşq pərəstişkarıdır. Hətta qastrol zamanı da məşq edir və ən azı həftədə bir dəfə yoqa ilə məşğul olur.

Onun dəri gözəlliyinin resepti çox sadədir: Səhər əl-üzünü yumaq əvəzinə buz qəlibləri ilə silmək, ayda 2 dəfə kosmetoloq ziyarətinə getmək və ən əsası möhkəm yuxu.

Pilates, yoqa, üzgüçülük (ümumi tonus və lazımi zonalar - press, ombalar, ayaqlar) növləri ilə məşğul olur. “Həmçinin kardio məşqlərinə pərəstiş edirəm: Həftədə 2-3 dəfə 40-60 dəqiqə məşq edirəm. Mən evdə tək olanda - gündə bir növ məşq edirəm. Qastrolda əgər otelin nömrəsində vaxt varsa, gimnastika ilə məşğul oluram. Həftədə bir dəfə heç nə etmirəm, həmin gün yalnız qayğıma qalır və özümü sevirəm”.

Son illərdə ifaçı özü üçün ən optimal qida rejiminə əməl edir. O, az-az, amma tez-tez yeyir. Lakin qidanın kalorisinin az olmasına fikir verir, şirniyyat və un məhsullarından isə tamamilə imtina edib. Əlbəttə ki, onun əsas qaydalarından biri də gecə yeməməkdir.

Səhərlər yulaf sıyığına üstünlük verir, əsas ağırlığı nahara verir, şam yeməyini də meyvə və tərəvəzlərlə yola verir. Müğənni şirniyyata və alkoqola demək olar ki, meylli deyil.

Gün ərzində səhər yeməyi, nahar, şam yeməyi və az porsiyalardan başqa, həmçinin yatmağa 4 saat qalmış isə heç nə yemir: "Şəkər, qəhvə, spirtli içkilər (bir şərab qədəhi istisna olmaqla) çörək, xəmir xörəyi, yağlı yeməklər – bütün bunlar gözəl və sağlam bədənin düşmənləridir. Onların qida rasionunda olub-olmaması isə bizim həqiqətən də yaxşı və sağlam görünmək istədiyimizi müəyyən edir. Bu, mənim həyat tərzimdir, əks halda belə ola bilməzdim".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm