Gözəllik yarışmasının iştirakçısı paxıllıqdan, görün, nə etdi? - Video
Bizi izləyin

Tabloid.az

Gözəllik yarışmasının iştirakçısı paxıllıqdan, görün, nə etdi? - Video

Qalmaqallı hərəkətini isə qalibin karaliça tacını rüşvət vevrərək alması ilə izah edib

Paxıllıq hissi özünü qızlar arasında daha çox göstərir. Braziliyanın Manau ştatında keçirilən Amazon gözəllik yarışmasının finalında baş verənlər bu fikri bir daha təsdiq edib. Tabloid.az xarici mətbuata istinadən xəbər verir ki, yarışmada iştirak edən və qalib namizədlər arasında göstərilən modellərdən biri son anda paxıllıq hisslərini cilovlaya bilməyib.

Yarışmanın qalibi 20 yaşlı Karolina Terrodanın rəqibi əvvəlcə özünü təmkinli aparsa da, sonradan əsəblərinə hakim ola bilməyib. Belə ki, kraliça tacı qoyulan zaman hirsindən qalibə hücum çəkən finalçı öz hərəkəti ilə hamını təəccübləndirib. O, qalibin başındakı tacı zorla götürərərk yerə tullayıb. Qalmaqallı hərəkətini isə qalibin karaliça tacını rüşvət vevrərək alması ilə izah edib. Daha sonra münsifləri təhqir edərək səhnəni tərk edib.

Yarışmanın digər iştirakçıları tacı başından alınan qalib modelə dəstək olaraq onu sakitləşdirməyə çalışıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm