Yay donlarını qışda geyinməyin qaydaları - Fotolar
Bizi izləyin

Tabloid.az

Yay donlarını qışda geyinməyin qaydaları - Fotolar

Yay donlarını qışda geyinməyin qaydaları - Fotolar

Cibinə qənaət etmək istəyənlər yay donlarını qışda da geyinə bilərlər.

Bunun üçün donların üzərinə sadə jilet, gödəkcə və ya tvid pencək geyinmək təklif olunur. Bunlar ən tanınan üsullardır. Burada tərzləri bir-birinə uydurmaq çox əhəmiyyətlidir. Məsələn, dar paltarla həm tvid, həm dəri gödəkcə pencək, həm də uzun jaket çox gözəl görünür. Amma çox qatlı donlarla ancaq jaketlə uyğun gəlir.

Naxışlı donlarda pencəyi naxışa uyğun müəyyənləşdirin. Bütövlüyü qoruyub saxlamaq və vizual olaraq tək rəng geyinmiş kimi görünmək üçün bu qaydaya əməl etmək vacibdir.

Digər bir üsul isə donun üzərindən sviter və ya köynək geyinməkdir. Yəni, donu ətək kimi göstərmək olar. Dar donları sviterlə uyğunlaşdırmaq daha asandır. Çünki bu ətəklər üstündən istənilən sviteri geyinməyə icazə verir, hç bir etiraz etmir. Amma aşağıya doğru genişlənən, bollaşan paltarlarda vəziyyət bu qədər asan deyil. Burada sviterin aşağısının ətəyin genişlənən hissədə dayanmasına fikri vermək tələb olunur. Amma dar paltarlarda belə bir problem yoxdur.

Məktəbli qızların tərzini təqlid etmək istəyənlər asqılı donların altından köynək geyinsinlər. Qeyd edim ki, bu tərz xanımları daha gənc və şirin göstərir. Köynəyin geyinməyə uyğun olması da çox əhəmiyyətlidir.

Düz sarafanların altından güllü köynək geyinməklə yay donları qışda da səmərəli şəkildə geyinmək olar. Ya da altına tək rəng, sadə köynək geyinmək olar. Sviterləri qısa qollu donların altından da geyinmək təklif olunur.

Yay donlarını qış aylarında da istifadə etməyin ən mühüm detalı qara qalın corablardır. Corabı donun rənginə uyğun da seçə bilərsiniz. Bu il rəngli corablar çox dəbdədir!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm