Bu piroqu yeyən dərd-qəmini unudur - Resept
Bizi izləyin

Tabloid.az

Bu piroqu yeyən dərd-qəmini unudur - Resept

Tabloid.az istər isti, istər soyuq şəkildə yeyildikdə dadını itirməyən üstü açıq, ləziz ətli piroqun reseptini təqdim edir:

Qurmanlar iddia edirlər ki, bu piroqu yeyənlər dərdini, qəmini unudur. Tabloid.az istər isti, istər soyuq şəkildə yeyildikdə dadını itirməyən üstü açıq, ləziz ətli piroqun reseptini təqdim edir:

Xəmir üçün inqrediyentlər:

200 qram kartof

200 qram un

1 ədəd yumurta

50 qram kərə yağı

duz

İçlik üçün inqrediyentlər:

500 qram yağlı qiymə

2 bolqar bibəri

1 pomidor

2 orta soğan

100 ml. yağlı qaymaq (33-38%)

100 ml. süd

2 kiçik yumurta

2 xörək qaşığı tomat pastası

Sürtgəcdən keçirilmiş pendir

duz, istiot

Hazırlanması:

Kartofun qabığını təmizləyin və duzlu suda bişirin. Suyunu süzün, kartofu əzib üzərinə yumurta, yağ əlavə edib, yaxşıca qarışdırın. Daha sonra un töküb xəmir halına gətirin.

Onu soba tavasına yayın və içlik hazır olana qədər soyuducunun dondurma kamerasında saxlayın.

Bibəri xırda-xırda doğrayın, yüngülcə qovururuq. Soğan xırdalayarıq və ayrıca tavada qızardırıq, xırda kub formasında kəsilmiş əti üzərinə əlavə edib hazır olana qədər qızardırıq, duzlayırıq.

İçliyi tavadakı xəmirin üzərinə tökün və yayın. Üzərinə bibəri və xırda doğranılmış pomidoru səpin. Tomat pastasını, südü və qaymağı qarışdırırıq. Yumurta töküb, bir qədər çalırıq. Duzlayırıq, istiot səpirik. Və bu sousu da piroqun üzərinə tökürük.

Hazır olmasına 10 dəqiqə qalmış üstünə sürtgəcdən keçirilmiş pendir səpib 200 dərəcə temperaturda 40 dəqiqə bişiririk.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm