Tabloid.az
Ən yaxşı ifaya “Smartfon” verəcəklər
Bəstəkar və prodüser Murad Arif sevənləri arasında müsabiqə təşkil edib. Oxuya bilən və bilməyən hər kəsi əhatə edəcək layihənin məqsədi kreativ, fərqli yanaşmanı müəyyənləşdirməkdir. Tabloid.az xəbər verir ki, müsabiqə şərtlərinə görə, bir ay ərzində müəllifin "Həyat yoldaşımsan" mahnısını ifa edib, videoya çəkmək və “WhatsApp”la göndərmək tələb olunur. Müsabiqəyə qatılmaq istəyənlər mahnının nəqarətini istənilən musiqi alətinin müşayəti ilə ifa edə bilər. İnstrumental ifa da, akapella da qəbul olunacaq. İştirakçılar üçün yaş məhdudiyyəti də qoyulmayıb. Ən maraqlı video “WorldTelecom”-dan “Smartfon” qazanacaq.
Artıq “Smartfon” həvəskarları bir neçə gündür ki, başlayan yarışa qoşulublar. Murad Arif Tabloid.az-a açıqlamasında bildirib ki, video göndərənlərin sayı-hesabı yoxdur:
“İnstagram” izləyicilərim arasında təşkil etdiyim “flashmob”dur.
Hesab edirəm ki, maraqlı fikirdir. Xarici ölkələrdə məşhurlar belə
layihələrə tez-tez müraciət edirlər. Bu, həm də monitorinqdi.
Mahnının nə qədər sevildiyini müəyyənləşdirməyə kömək edir. Düzü,
bu fikrə düşəndə necə qarşılanacağını bilmirdim. Ancaq sevindirici
haldır ki, səhərdən-axşamacan video göndərirlər. Bütün xalq mənim
mahnımı oxuyur".
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?