Spirtli içkilər ürəyə necə zərər vurur?
Bizi izləyin

Tabloid.az

Spirtli içkilər ürəyə necə zərər vurur?

Spirtli içkilər bir çox xəstəliklərin meydana gəlməsinə səbəb olur

Spirtli içkilər bir çox xəstəliklərin meydana gəlməsinə səbəb olur. Ancaq onların ən çox ziyanı ürəyə dəyir. Spirtli içki içən insanların ürək-damar xəstəliklərinə yaxalanma riskləri böyükdür. Belə ki, tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, spirtli içki qəbulu ürək çatışmazlığına səbəb ola bilər. Buna səbəb spirtin ürək əzələlərindəki hüceyrələrə ciddi ziyanlar verməsi və həmin hüceyrələrin bərpa olunmasına maneə olmasıdır.

Ürəyin bədənə qanı vurma funksiyasını yerinə yetirə bilməməsi olaraq təyin edilən ürək çatışmazlığı daha sonrakı mərhələlərdə ürəyin tamamilə sıradan çıxmasıyla nəticələnir.

Bu zaman ya yeni ürək nəql edilməli, ya da ürək ani olaraq dayanır və ölümlə nəticələnə bilir.

Mütəxəssislər davamlı olaraq çoxlu miqdarda spirtli içki içən şəxslərdə ürək xəstəlikləri ilə yanaşı xərçəng xəstəliklərinin də yaranması ehtimalının çox olduğunu bildirirlər.

Həmçinin, infarkt, təzyiq, ürək ritminin pozğunluqları, şəkər, qansızlıq və böyrək çatışmazlığı da spirtin orqanizmə vurduğu zərərlər sırasındadır.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm