İzzət Bağırov maşın sürən qadınlardan danışdı
Bizi izləyin

Tabloid.az

İzzət Bağırov maşın sürən qadınlardan danışdı

Kişi saat 8-də evə gəlib, qadın isə hələ rəfiqələri ilə qəlyan çəkir.

Müğənni İzzət Bağırov avtomobil idarə edən qadınlardan danışıb. O, maşını lazımı yerdə idarə etməkdən bəhs edib. Tabloid.az xəbər verir ki, 3 oğul atası olan müğənni bu haqda "Hər şey daxil" verilişində danışıb.

"Bugünkü gün xanımlar avtomobil iradə edir. Qoy sürsünlər. Bu, çox yaxşıdır. Avtobusda sallana-sallana, metroda onu tapdalaya-tapdalaya getməkdənsə maşınla getməyi yaxşıdır. Bir də var ki, avtomobili ifrat dərəcədə idarə etmək. Kef üçün maşın sürmək. Məsələn, kişi saat 8-də evə gəlib, qadın isə hələ rəfiqələri ilə qəlyan çəkir. Özü üçün kef edir və saat 12-də evə gələcək. Belə şeylər üçün avtomobil sürmək yaxşı deyil".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm