Cazibədar ulduzların insanı dəhşətə salan gözəllik sirləri - Fotolar
Bizi izləyin

Tabloid.az

Cazibədar ulduzların insanı dəhşətə salan gözəllik sirləri - Fotolar

Son illər Hollivud ulduzlarının illər keçdikcə yaşlanmaq əvəzinə daha da cavanlaşdıqlarını görən qadınlar kiçik qırışları belə özlərinə kompleks edirlər

Normal qadınlar gün keçtikcə yaşlanır. Əvvəllər bunu təbiətin qanunu olaraq görmək və özünü təsəlli etmək asan idi. Ancaq son illər Hollivud ulduzlarının illər keçdikcə yaşlanmaq əvəzinə daha da cavanlaşdıqlarını görən qadınlar kiçik qırışları belə özlərinə kompleks edirlər.

Ona görə də, Tabloid.az dünyanın ən cazibədar udluzlarının gözəllik sirlərini araşdırmağa qərar verib. Təəccüblisi odur ki, gözəl ulduzların bəzilərinin gözəllik proseduralarını hər kəs tətbiq edə bilər. Ancaq onların bəzi gözəllik reseptləri insanı dəhşətə gətirir. Beləliklə, gözəlləşmək üçün zəlidən, pişik qumundan və s. istifadə etməkdən çəkinməyən məşhurların gözəllik sirlərini açıqlayırıq:

Meqan Fox - alma sirkəsi

Megan Fox ve Elma Sirkesi

Meqan Fox arıqlamaq və ideal formada qalmaq üçün hər gecə yatmazdan əvvəl alma sirkəsi içir. Beləliklə, bədənində toplanmış yağların əridiyini düşünür. Ancaq mütəxəssislər bu üsulun mədəyə çox zərərli olduğunu deyirlər.

Snuki - pişik qumu

Snooki ve Kedi Kumu

Televiziya dünyasının ən məşhur prodüserlərindən olan Nikol Polizzi (daha çox Snuki adi ilə tanınır) pilinq əvəzinə pişik qumundan istifadə etdiyini açıqlayıb. Pişik qumunu bir az su ilə qarışdıraraq mükəmməl pilinq əldə etdiyini deyən Snuki gözəl üz dərisini pişik qumuna borclu olduğunu deyir.

Biz bu üsulun nə qədər yararlı olduğunu bilmirik. Ancaq pişik qumu kilo ilə satıldığı üçün normal pilinqlərdən daha ucuz başa gəldiyini deyə bilərik.

Kim Kardaşyan - körpə saçları

Kim Kardashian ve Bebek Saçları

Kim Kardashian ve Bebek Saçları

Məşhur ulduz alnındakı xırda tüklərin gözəlliyinə kölgə saldığını düşündüyü üçün onları təmizləyirmiş. Aşağıdakı fotolarda da fərq o dəqiqə diqqəti cəlb edir.

Demi Mur - zəli

Demi Moore ve Sülükleri

Eşton Kutçerlə eşq yaşadıqdan sonra daha da cavanlaşan Demi Mur gözəlliyinin arxasında yatan səbəbin zəli olduğunu açıqlayıb. Ulduz qanını təmizləmək üçün zəli müalicəsinə müraciət etdiyini bildirib. Beləliklə, özünü çox daha təmiz və sağlam hiss etdiyini deyir.

Keyt Uinslet - ipək yastıq örtüyü

Kate Winslet ve İpek Yastık Kılıfı

Səhv mövqedə yatmağın dərinin qırışmasına səbəb olduğu məlumdur. Həm də yastığın üzə saldığı izi makiyajla belə örtmək mümkünsüzdür. Odur ki, bütün bu problemləri aradan qaldırmaq istəyən aktrisa Keyt Uinslet ipək yastıq üzündən istifadə etməyə qərar verib. O, bu addımı atdıqdan sonra üzündə yeni qırışların yaranmadığını müşahidə etdiyini deyir. Qeyd edək ki, Riz Uzerspun da bu ənənəni davam etdirən məşhurlar karvanına qatılıb.

Liv Tayler - meyvə şirəsi

Liv Tyler ve Güzellik Rutini

Liv Tayler gözəllik sirlərini açıqlamaqdan çəkinmir. O, gün ərzində təkrar etdiyi proseduraları ən incə detallarına kimi açıqlayıb:

"Saçlarımı yuyarkən çoxlu kremlərdən istifadə edirəm. Bu saçların daha həcmli görünməsini təmin edir. Mütəmadi olaraq təzə meyvə və tərəvəz şirəsi içməyə çalışıram. Xüsusilə də xiyar suyu içməyi xoşlayıram. Bu, dərimin nəmlənməsini təmin edir".

Kristina Aqilera - kartof

Christina Aguilera ve Patates Tedavisi

Sızanaqlar demək olar ki, bütün qadınların kabusudur. Əgər siz də bu kabusdan yaxa qurtara bilmirsinizsə, pop ulduz Kristina Aqileranın üsulunu tətbiq edə bilərsiniz.

Çiy kartof dilimlərini üzünüzdə gəzdirin və daha sonra ilıq su ilə üzünüzü yuyun. Müğənni bu üsulun sızanaqları qurutduğunu və dərisini rahatlandırdığını deyir.

Cennifer Eniston - ananas püresi

Jennifer Aniston ve Ananas Püresi

Məşhur aktrisa Cennifer Eniston sirrinin ananas olduğunu söyləyib. Kosmetik məhsullar əvəzinə həftədə iki dəfə bir dilim ananası püre halına gətirib balla qarışdıraraq üzünə çəkdiyini deyən Eniston xanımlara bu maskanı tövsiyə edir.

Ketrin Zeta Cons - çiyələk

Catherine Zeta Jones ve Çilekle Diş Fırçalaması

Yaşı artdıqca daha da gözəlləşən Hollivud ulduzu nənəsindən öyrəndiyi reseptləri tətbiq etdiyini bildirir. O, cazibədar bir təbəssüm üçün gözəl və ağappaq dişlərin vacib olduğunu söyləyir. Bunun üçün çiyələkdən istifadə etdiyini deyir. Ketrin Cons dişlərini əzilmiş çiyələklə fırçaladığını etiraf edir.

Kameron Diaz -süd tozu

Cameron Diaz ve Süt Tozu

Hollivudun gözəl ulduzu Kameron Diaz gözəl dəri üçün mağazalarda satılan pilinq əvəzinə süd tozundan istifadə etməyə üstünlük verir.

Miranda Kerr - limon

Miranda Kerr ve Sabah Rutini

Bu yaxınlarda ana olan gözəl ulduz hər səhər ilıq suyun içərisinə limon suyu əlavə edərək içir. Bunun sayəsində həm dərisinin gözəlliyinin, həm də fiqurasının qayğısına qalır.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm