• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Özünə inamlı xanımların itaət etdiyi geyim tərzi - Fotolar

Özünə inamlı xanımların itaət etdiyi geyim tərzi - Fotolar

Bəziləri minimalizmi darıxdırıcı hesab edir və yeknəsək adlandırırlar. Lakin araşdırdıqca minimalizm üslubunun geyimdə çox cəlbedici olduğunu görərik. Minimazm qaydaları arıtq-urtuq bəzək və təmrəqdan imtina etməyi diktə edir. Bu qaydalarala razılaşmaq üçün əslində ruhi və mənəvi cəhətdən kamilləşmək lazımdır. Tabloid.az bu icmalda minimalizmə xas olan cəhətləri, onun daxili fəlsəfəsini araşdırıb.

Minimalist geyim stili - az hər zaman daha yaxşıdır prinsiplərinə əsaslanır!

"Minimalizm" termini 60-cı illərdə son dərəcə bəsit və sadə sənət formasını ifadə etmək məqsədilə ortaya çıxmış janrdır. Sonralar isə bu cərəyan bir çox fərqli sektorda özünə yer tuta bilir.

Minimalizm moda tarixində 1960-cı illərdə ortaya çıxan sadəliyin və çılpaq stilin hakim olduğu bir dəb axınıdır. İndi isə bu sadə moda axınını maddələrlə araşdıraq. Bəziləri hesab edir ki, minimalizm məhdud və az qarderobdan ibarətdir. Lakin bu fikir, minimalizm üslubu ilə bağlı yayılmış yanlış stereotiplərdir.

Minimalizmin üstünlüyü ondadır ki, bu üslubda yaş və sosial məhdudiyyət yoxdur. Ancaq özünü "öz qabındakı" kimi hiss etmək üçün onun çərçivəsinə alışmaq lazımdır.

Sadə janr hesab edilən minimalizmdə tək rəng geyimlər ön plandadır. Xüsusilə, qara və ağ rənglərdən çox istifadə edilir. Pastel tonları da bu üslubda olan geyimlərə yaraşar. Ancaq rənglərdən çox istifadə etmək olmaz. Xüsusən, parlaq rənglər, naxışlar minimalist geyimdə yolverilməzdir.

Minimalizmdə diqqət çəkici dekoltelər də istifadə edilmir. Təvazökar geyim stili olduğundan dekoltenin cazibəsi sıfıra bərabər olmalıdır.

Asimmetrik detallar olduqca çox istifadə edilir.

Minimalizm üslubunda paltarlar heç bir halda bəzək aksessuarlarını rədd etmir. Geyimə aksessuarların köməyi ilə bərbəzək verilə bilər, ancaq bu aksessuarlar gözəçarpan olmamalıdır. Məsələn, geyimə uyğun həndəsi formalı seçilən aksessuarlar metal olmalıdır.

Minimalizm üslubu paltarın fasonuna uyğun lakonik çanta istifadə etməyi təklif edir. Çantanın üzərində iri dekorativ ciblər və gözəgəlimli bəzəklər qəbul edilməzdir.

Minimalizm qaydaları ayaqqabı seçimində də istisna deyil. Ayaqqabı ilk növbədə rahat, təbii dəridən və incə olmalıdır. Minimalizm özünə sırtıq dekorları, dəbdəbəli bantları, parlaq çiçəkləri, böyük və sayrışan strazları birmənalı şəkildə qadağan edir.

Bədəni çox örtməyən və vücud xətlərini müəyyən etməyən, bir az bol və sallanmış modellər də minimaslist stilin məhsullarıdır.

Düz kəsimli modellər bu üslubun əsas xüsusiyyətidir.

Klassik geyim tərzinə yaxın detallar ön plandadır. Minimalizm üslubu əsasən, ofis stili üçün idealdır.

Parçanın keyfiyyəti də minimalizmdə olduqca əhəmiyyətli detaldır. Şıqlıq parçanın keyfiyyəti və kəsimlərindən asılıdır.

Minimalizm stilində qarderobu, əsasən, sadə paltarların vəhdəti, monoxrom və eyni tonlu geyimlər təşkil edir. Lakin son illərdə dizaynerlər parlaq tonlarda tikilmiş kostyum və düz kəsimli paltarların minimalizm üslubuna yol açmasını alqışlayırlar.

Özünü parlaq geyimlərsiz, qeyri-adi saç düzümlərsiz, ağır makiyajsız təsəvvür edə bilməyənlər minimalizm üslubuna yiyələnə bilməzlər. Axı, bu, şıq yığcamlıq deməkdir. Minimalist geyim stilində hər şeydə maksimum təmkinli və səbirli davranmaq lazımdır.

Minimalizm üslubuna ancaq özünə inamlı və casərətli xanımlar itaət edirlər. Məsələn, Cenifer Eniston, Qvinet Peltoru, Şarliz Teron kimi xanımlar, əsasən, minimalist geyim stilinə üstünlük verirlər. Onlar əslində bu tərz sayəsində milyonlarla insanların qəlbini fəth edə biliblər. Buna görə də onların geyim tərzinə heç kim darıxdırıcı və zövqsüz deyə bilməz. Minimalizm üslubu onların təbii gözəlliyini uğurla vurğulayır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR