Qadın belinin incəliyini vurğulayan “New Look” cərəyanı - Fotolar
Bizi izləyin

Tabloid.az

Qadın belinin incəliyini vurğulayan “New Look” cərəyanı - Fotolar

Qadın belinin incəliyini vurğulayan “New Look” cərəyanı

I və II dünya müharibə dövrlərində yaşanan kasıbçılığa, qıtlığa görə paltarlar sadələşmiş və get-gedə kiçilmişdi. Ancaq müharibə bitdikdən sonra onun modaya təsiri də azaldı və beləliklə nazlı-qəmzəli qadınlar incə görünməyə can atırlar. Qadınlığı vurğulayan modellər dəbə minir. Bundan sonra “Christian Dior” moda evi tərəfindən "New Look" cərəyanı yaradılır.

Tam dairəvi ətəklərlə, belli incə olan pencəklərin zərif bir toqqa ilə tamamlanması "New Look" (yeni görüntü) adlanan bu görüntünü yaradır. Kristian Diorun 1947-ci ilin 12 fevralında təqdim etdiyi "Carolle Line" dəfiləsində yeni dəb cərəyanı ilk dəfə nümayiş olunur.

"New Look" cərəyanı qadını bir qum saatı tərzinə bənzədən, beli incəldib ətəkləri qabarıq göstərən zərif obrazla dəb tarixinin səhifəsinə yazılır. Günümüzdə hələ də davamçıları olan bu cərəyan özünü darıxmağa qoymur. Belə ki, mütəmadi olaraq təkrar-təkrar yenidən podiumlarda nümayiş olunur.

Viviyen Vestvud, Con Qalyono, Mark Jakobs kimi sadiq davamçılarla yanaşı, "Rochas, Prada", "Louis Vuitton" kimi davamçıları da "New Look" cərəyanını ölməyə qoymur. Bu cərəyanın vizual baxımdan da tam olaraq nəyə bənzədiyini tabloid.az –ın seçdiyi nümunələrdən baxa bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm