Ecazkar modelin qüsursuz stili - Fotolar
Bizi izləyin

Tabloid.az

Ecazkar modelin qüsursuz stili - Fotolar

Ecazkar modelin qüsursuz stili - Fotolar

Model Sevgililər günündə ən yaxşı hədiyyələri təqdim edib.

Amerikanın alt paltarı istehsalçısı olan “Victorias Secret” brendinin Müqəddəs Valentin gününə hazırlıqları çoxdan başlayıb. Qarşıdakı bayram şərəfinə 33 yaşlı braziliyalı model Adriana Lima brendin Las-Veqasda bir əyləncə kompleksinin ticarət mərkəzində yerləşən mağazasını ziyarət edib.

Təqdimatda "Mələk" “Victorias Secret”-in sevgililər gününə hazırladığı ən yaxşı hədiyyələri nümayiş etdirib. Krujeva korset və çəhrayı büstqalter, eləcə də bayram kolleksiyası seriyasına aid olan yeni ətri təqdim edib.

Lima fotoqraflara qırmızı rəngdə, dekolteli paltarda poz verib. Qırmızı paltarını “Christian Louboutin”-nin əvəzolunmaz stilettoları ilə uyğunlaşdırıb. Seksual model bu stilini düz saç və parıltılı göz makiyajı ilə tamamlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm