Rusiyaya gəlmək üçün 46 yumurta,16 litr süd tələb etdi
Bizi izləyin

Tabloid.az

Rusiyaya gəlmək üçün 46 yumurta,16 litr süd tələb etdi

Müğənni Uilyams onu qarşılayacaq tərəfdən 48 yumurta, 50 kq. buz, 30 divan, 280 dəsmal və 24 ponçik tələb edib.

İngiltərəli müğənni Robbi Uilyams Rusiyanın qonağı olacaq. Müğənni aprelin9-da Sankt-Peterburqda, aprelin 12-də isə Moskvada konsert proqramı ilə çıxış edəcək. Rusiya mətbuatı isə ingilis müğənninin rayder cədvəlini açıqlayıb. Təşkilatçıların verdiyi məlumata görə, gələn ay Rusiyaya gələn müğənni onu qarşılayacaq tərəfdən 48 yumurta, 50 kq. buz, 30 divan, 280 dəsmal və 24 ponçik tələb edib.

Amma bu hələ hamısı deyil. Müğənninin istəkləri sırasında bir sıra gülüş yarada biləcək tələblər də yer alıb. Bütün bunlardan əlavə müğənni 3 qrim otağı, komandası üçün 3 otaq və 5 ofis də rayder istəyib. Rusiyada müğənnini 8 menecer, şəxsi stilist, şəxsi masajist, 6 aşbaz və 6 mühafizəçi müşaiyət edəcək.

Həmçinin, artistə gündəlik ingiliscə 4 müxtəlif qəzet verilməlidir. Müğənni Rusiyaya 120 nəfərlik komanda ilə gələcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm