Elnur “O səs Türkiyə”də qalib gəldi, Məltəm isə uduzdu - Video
Bizi izləyin

Tabloid.az

Elnur “O səs Türkiyə”də qalib gəldi, Məltəm isə uduzdu - Video

Elnur “O səs Türkiyə”də tək qaldı

Azərbaycanlı müğənni Elnur Hüseynov "O səs Türkiyə" yarışmasında növbəti dəfə qalib olub.

Son seçimlər mərhələsində səhnəyə çıxan həmyerlimiz "Daft Punk"ın "Get lucky" mahnısını ifa edib. Rəqibi Seda Yiyin isə Sertab Erenerin "Aşk" mahnısını oxuyub.

E.Hüseynovun ifası həm münsiflər, həm də tamaşaçı səsverməsiylə bəyənilib və o, canlı yayımlar mərhələsinə keçib.

Ebru Gündeşin komandasında olan həmyerlimiz Məltəm Abbasova isə dünən “O səs Türkiyə”də "Son seçimlər" mərhələsində sonuncu dəfə səhnəyə çıxıb.

O, Lara Fabianin repertuarından "Adagio" mahnısını səsləndirib. Həmyerlimizin ifası münsiflər tərəfindən bəyənilsə də, tamaşaçı səsverməsində uduzub. Belə ki, Məltəm səs fərqi ilə Hadisənin komandasından olan Sarperə uduzub.

Qeyd edək ki, TV8 telekanalında Acun İlicalının aparıcı olduğu səs yarışmasının münsiflər heyətində məşhur müğənnilər Ebru Gündeş, Hadisə, Mazhar-Özkan cütlüyü və Gökhan Özoğuz yer alır.

Elnurun və Məltəmin müsabiqədəki cıxış videolarını təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm