Prezident və xanımı məşhur qonaqlarla - Fotolar
Bizi izləyin

Tabloid.az

Prezident və xanımı məşhur qonaqlarla - Fotolar

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Polad Bülbüloğlunun ad gününə gəlmiş məşhur qonaqlarla görüşdülər

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun 70 illik yubiley mərasimində iştirak etmək üçün Bakıya gələn bir qrup tanınmış mədəniyyət və incəsənət xadimi ilə görüşüblər.

Prezident İlham Əliyev görüşdə iştirak edən qonaqları salamlayıb, tanınmış mədəniyyət və incəsənət adamlarının bir yerə toplaşıb belə tədbirdə iştirak etməsini xoş hal kimi dəyərləndirib. Dövlətimizin başçısı 10 il bundan əvvəl tanınmış sənətçinin “İstiqlal”, indi isə “Şərəf” ordeni ilə təltif etdiyini bildirib.

“Polad Bülbüloğlunun yaradıcılığı öz ilhamını çox qədim köklərə malik xalq yaradıcılığından götürür”, - deyən Prezident İlham Əliyev yubilyarın görkəmli ifaçı kimi yaddaşlarda qalan Bülbülün ailəsində dünyaya göz açdığını vurğuladı, onun mahnılarının hamı tərəfindən sevildiyini söyləyib.

Dövlətimizin başçısı ümumilikdə Azərbaycanda tolerantlığa və multikulturalizmə xüsusi diqqət yetirildiyini və bu amillərin ölkənin uğurlu inkişafındakı rolunu vurğulayıb.

Prezident İlham Əliyev bir daha təbriklərini çatdıraraq, Polad Bülbüloğluna Azərbaycan Respublikasının ən yüksək mükafatlarından biri olan “Şərəf” ordenini təqdim edib.

Sonra SSRİ xalq artisti İosif Kobzon, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Rusiyanın əməkdar artisti Bari Alibasov, Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli, bəstəkar, SSRİ xalq artisti Yevgeni Doqa, SSRİ xalq artisti Lyudmila Rümina, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Tacikistanın xalq artisti Curabek Murodov, SSRİ Dövlət mükafatı laureatı Andrey Dementyev çıxış ediblər.

Prezident İlham Əliyev Azərbaycanda həmişə sənətə və sənət adamlarına hörmətlə yanaşıldığını bildirdi, bu cür görüşlərin gələcəkdə də davam etdiriləcəyinə və mədəniyyətlərarası əlaqələrin daha da inkişafına xidmət edəcəyinə əminliyini bildirib.

Sonda xatirə şəkli çəkdirilib.











Oxumağa davam et
Reklam
Reklam

Gündəm