Məşhur müğənni qızının ad gününü belə qeyd etdi - Fotolar
Bizi izləyin

Tabloid.az

Məşhur müğənni qızının ad gününü belə qeyd etdi - Fotolar

Demet Akalın qızı üçün ad günü ziyafəti təşkil etdi

Məşhur müğənni Demet Akalın və həyat yoldaşı Okan Kurt qızları Hiranın ad gününü qeyd ediblər. 1 yaşı tamam olan Hira üçün təşkil edilən ziyafət nağıl mövzusu üzərində qurulub.

Cütlük ad günü ziyafətinə ən yaxın dostlarını dəvət ediblər və buna görə də heç bir xərcdən çəkinməyiblər. 2 mərtəbəli tort hazırlatdıran cütlük gecədə çəkilmiş fotoları “Instagram”dan paylaşıblar.

"Canım qızım yaxşı ki, doğulmusan və yaxşı ki, Allah məni bu xoşbəxtliyə layiq görüb. Ömrünün sonuna qədər yanında olacağıq. Evimizin sevinc mənbəyi, göz bəbəyim, canım qızım... Allah səni nəzərdən qorusun. Dünyamı dəyişdirdin, canım Hiram, şahzadəm...” şərhi ilə qızının ad günündə çəkilmiş fotolarını paylaşan Demet Akalın çox duyğulanıb.

Tabloid.az ad günündən fotoları təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm