Yaraşıqlı aktyor: “Qadının ən seksual yeri…” - Fotolar
Bizi izləyin

Tabloid.az

Yaraşıqlı aktyor: “Qadının ən seksual yeri…” - Fotolar

“Bozun əlli çaları”nın ulduzu sirlərini açdı

Yaxın vaxtlarda nümayişinə başlanılması gözlənilən qalmaqallı erotik film “Bozun əlli çaları”nın ulduzu maraqlı açıqlamalar verib. Filmdə baş rol aktyoru yaraşıqlı Cemi Dornan “Marie Claire” jurnalına müsahibə verib və özü ilə bağlı bilinməyənlərdən danışıb.

Hazırda mətbəxdəki masamın üzərində...

Xardal və bir boşqab bəyaz pendir var.

Gizli gücüm...

Pivə qapaqlarını dişimlə aça bilirəm.

Məncə ən gözəl aktrisa kimdir?

Ancelina Coli.

Qadının ən seksual yeri...

Əlləridir. Xüsusilə də qara rəngli dırnaq boyası çəkilibsə, daha çox xoşuma gələr.

Vaz keçə bilməyəcəyim geyim…

“Nike” markasından olan idman ayaqqabılarım.

Masaüstü kitablarım…

Oskar Uayldın “Dorian Qreyin portreti” əsəri və, Sloan Uilsonun "Boz kostyumlu adam" adlı kitabı.

İzləməkdən heç vaxt sıxılmadığım filmlər...

“Robin Hud”, “Terminator”, “Annie Hall”.

Ən çox dinlədiyim müğənnilər...

KT Tunstall, Bob Dilan, Nil Yanq, “Crosby Stills Nash&Young”, Van Morrison.

Özümə qulluq edirəm?

Əsla. Sadəcə çimirəm və daha sonra heç ətir də vurmuram. Məncə əsas bədən quruluşun yaxşı və sağlam görünməsidir. Futbol, qolf, tennis, sörf, kimi idman növləri ilə məşğul oluram.

Yalnız qalmaq istəyəndə və özümü pis hiss edəndə neyləyirəm?

Portuqaliyaya gedirəm. Ora səssiz, sakit və ilhamvericidir.

İmtina edə bilmədiyim şeylər…

Pivə, rahat geyimlər, Nyu-York, Pedro Almadovar, Tim Börton filmləri və qızım.

Qüsurum?

Burnum sağ tərəfə meyillidir və çox tez aqresivləşirəm.

Evdən çıxarkən mütləq yanımda olur…

Mobil telefonumu və nəfəs açmaq üçün lazım olan dərman vasitələrini. Astma xəstəsiyəm.

Axırıncı dəfə aldığım şey…

“Ralph Lauren” dəri əlcəklərim.

Sonda bir etiraf edim.

Mən özümü qanadı qırılmış quş hesab edirəm. Anamı çox erkən yaşda itirmişəm. Ona görə də yaralı obrazları daha çox sevirəm. “Bozun əlli çaları”ndakı Kristian Qrey kimi güclü deyiləm.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm