Tabloid.az
Enlibalaq şalvar dəbi geri qayıtdı - Fotolar
Ötən əsrin 70-ci illərinin dəbi olan enlibalaq şalvarlar yenidən aktual hesab edilir. Bu il bir-birindən məşhur brendlərin yeni kolleksiyalarında bu şalvar modellərini görmək mümkün oldu.
Tabloid.az enlibalaq şalvarın düzgün geyinilmə qaydaları haqqında ipuclarını təqdim edir:
Enlibalaq şalvarları düzgün kombinə etsəniz, həm zərif, həm də olduğunuzdan daha uzun görünə bilərsiniz.
Əgər boyunuz qısadırsa, hündür belli şalvar modelini seçin. Platforma ayaqqabılar ilə stilinizi tamamlayın.
Bluzunuzu şalvarın içinə salın və ya qısa bir pencək geyinin. Beləliklə olduqca cazibədar görünəcəksiniz.
Əgər bir az kök olduğunuzu düşünürsünüzsə, şalvarınızın üzərini örtə biləcək, uzun kofta modelləri seçməlisiniz. Şalvarınızın altında gizlənən dəbli ayaqqabılar isə ayaqlarınızın daha incə və uzun görünməsini təmin edəcək.
Hündür belli, balağı geniş şalvarlar qüsurları örtmək baxımından da ideal geyim hesab edilir. Qarnınızdakı artıq piyləri belə bu şalvarlar sayəsində gizlədə bilərsiniz.
Bu şalvarları geyinərkən diqqətli etməli olduğunuz nüanslardan biri də ayaqqabının nə qədər görünəcəyidir. Unutmayın ki, ayaqqabınızın sadəcə burun hissəsi görünməlidir, topuq hissəsi isə əsla görünməməldiir. Əks halda ortaya xoş olmayan görüntü çıxar.
Tabloid.az
-
Hadisə16:55
Bakıda bazar yanır
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı