Dəridəki qırışları yox etmək üçün hansı yağdan istifadə etmək lazımdır?
Bizi izləyin

Tabloid.az

Dəridəki qırışları yox etmək üçün hansı yağdan istifadə etmək lazımdır?

Dəridəki qırışları azaldan ən təsirli yağ portağal yağı hesab edilir

Dəridəki qırışları azaldan ən təsirli yağ portağal yağı hesab edilir. Portağalın yağı nəinki, qırışları azaldır, həm də sızanaq problemini həll edir və ləkələri aradan qaldırır. Tabloid.az bu meyvənin təsirləri haqqında maraqlı məlumatları təqdim edir.

C vitamini anbarı olan portağalın tərkibində həmçinin, A, E, B vitaminləri, fosfor, maqnezium, dəmir kimi minerallar da var.

Portağal yağını sadəcə üzünüzə çəkməklə kifayətlənməyib onu müxtəlif salatlara da əlavə edə bilərsiniz.

Mütəxəssislər həmçinin, portağıln özünü də həftədə 3-4 dəfə yeməyin həm ümumi sağlamlıq, həm də dəri gözəlliyi üçün vacib olduğunu bildirirlər. Bədənin yorğunluğunu aradan qaldıran bu meyvə həzm sisteminin daha aktiv işləməsinə kömək edir və həzm prosesini asanlaşdırır. Qanı təmizləyərək ürək və damar xəstəliklərinə yaxalanma riskini azaldır. Bundan başqa, xolesterini aşağı salır və qaraciyərin funksiyasını dəstəkləyir.

Portağal suyu isə immunitet sistemini gücləndirir və qrip, soyuqlama kimi halların qarşısını alır.

Portağalın qabığından mürəbbə hazırlaya bilərsiniz, çünki bu meyvənin qabıqları da əsl şəfa mənbəyidir.

Bir sözlə sağlam və gözəl qalmaq üçün qida menyunuza portağalı əlavə edin.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm