Məşhur sənətçilər Polad Bülbüloğluna nə hədiyyə etdilər? - Video
Bizi izləyin

Tabloid.az

Məşhur sənətçilər Polad Bülbüloğluna nə hədiyyə etdilər? - Video

Məşhurlar sənətçilər Polad Bülbüloğluna nə hədiyyə etdilər?

Azərbaycanın Rusiyadakı səlahiyyətli səfiri Polad Bülbüloğlunun Heydər Əliyev Sarayında baş tutan 70 illik yubileyi bu ilin əsas hadisələrindən biridir. Yubiley mərasimində keçmiş SSRİ ölkələrinə daxil olan dövlətlərdən çox sayda dövlət xadimləri və tanınmış sənət adamları iştirak ediblər.Yubilyarı təbrik etmək üçün səhnəyə çıxan dövlət xadimləri sənətkarı xüsusi medal, orden və hədiyyələrlə təbrik ediblər. Sənətçilər isə Polad Bülbüloğlunu mahnı payı ilə təbrik edib.

Tabloid.az tədbirdən bəzi müğənnilərin ifasını təqdim edir.

Səhnəyə çıxan Rusiyanın əməkdar artisti, 45 yaşlı Dmitriy Malikov yubilyarın şərəfinə “Мой отец”, dilimizə tərcümədə mənim atam mahnısını ifa edib.

Mahnısını bitirdikdən sonra Malikov “Sizin ölkəyə sülh arzu edirəm. Burada olmaqdan çox məmnunam. Sizin şəhəri çox sevirəm. Hər şeyə görə təşəkkür edirəm”, - deyib.

Səhnəyə çıxıb yubilyarı təbrik edənlər arasında Gürcüstanın xalq artisti, 76 yaşlı Vaxtanq Kikabidze də olub. Mahnı payını təqdim etməzdən öncə Kikabizde Bülbüloğluna ürək sözlərini deyib.

“Hər insana həyat bu qədər xoşbəxtlik bəxş etmir ki, onu təbrik etməyə ürəklə, güllərlə və sözlərlə gəlsinlər. Bütün bundan günahkar istedaddır. Polad, sən çox istedadlı insansan. Mən sənə can sağlığı və xoşbəxtlik arzu edirəm. Arzu edirəm ki, sən hələ uzun illər bizi öz musiqilərinlə sevindirəsən və dostların da yanında olsun”.

Sonra isə müğənni sözlərini “Sizlər üçün ən yeni mahnımı ifa edəcəyəm. Bu günlərdə yazmışam” desə də, əfsanəvi, yaddaşlarda həkk olunan “Мои года, мои богатство” mahnısını ifa edib. Bu isə zalda gur alqışlarla qarşılanıb.

İfadan sonra Polad Bülbüloğlu gürcü həmkarı ilə akapella şəklində gürcü mahnısı da ifa edib.

Polad Bülbüloğlunu 70 illik yubiley münasibətilə təbrik edənlər arasında Tatarstanın xalq artisti, Rusiya şou biznesinin ən məşhur simalarından biri Alsu da olub. Müğənni ifası ilə zalda əyləşən tamaşaçılar üçün xoş sürpriz etməklə yadda qaldı.

Bülbüloğlunun şərəfinə özünün şou aləmində vizit kartı olan “Зимний сон” mahnısını ifa edən sənətçi ifasını yubilyarın əfsanəvi “Gəl, ey səhər” mahnısı ilə davam etdirib. Bu isə zalda tamaşaçıların alqışı ilə qarşılanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm