Tabloid.az
Aşıq Samirə və Ceyhun Əliyev 2015-ci ilin ilk sevgi himnini oxudular - Fotolar
Tabloid.az xəbər verir ki, Azərbaycanın əməkdar mədəniyyət işçisi, sənətşünaslıq elmi üzə fəlsəfə doktoru Aşıq Samirə ilə "Qala" qrupunun solisti, istedadlı bəstəkar-müğənni Ceyhun Əliyevin "Xoşbəxt oluram" adlı duetləri çox yaxın günlərdə tamaşaçılara kliplə təqdim olunacaq. Bu barədə oxucularımızı ekran işinə quruluş verən rejissor Delee məlumatlandırdı:
"Ceyhunla dostluğumuz uzun illərə söykənsə də, Samirə xanımla şəxsi tanışlığımız çəkiliş meydançasında baş tutdu.
Hər ikisinin istəyi bu oldu ki, sözləri idmançı Anar Süleymanov, musiqi Ceyhunun özünə məxsus olan mahnı vizual məhsul formasında sevənlərinə təqdim olunsun.
Yəni "Xoşbəxt oluram" dueti internet saytlarında yerləşdirilməyib, heç radio dalğalarında da səslənmir. Onların mənə və komandamıza göstərdikləri etimadı doğrultmaq həqiqətən çox məsuliyyətli bir işdir. Klipdə Amerikada peşəkar stilistlərdən təhsil almış həmyerlimiz, vizajist Səbinə İsmayılovanın zəhmətini xüsusi vurğulamaq istəyirəm. Geyimlərin seçilməsindən tutmuş, qrimə qədər hər şey ona həvalə olunub.
Çəkilişin ilk günü çox uğurlu alındı. Kino effekti yaradan "4K" kamerasından istifadə etdiyimiz üçün gözoxşayan görüntü əldə etməyin öhdəsindən gəldik. Sürpriz olsun deyə süjet xəttini açıqlamıram. Ümid edirəm ki, tamaşaçılar çəkdiyimiz zəhməti layiqincə qiymətləndirəcəklər".
Çəkilişləri gələn həftənin bazar ertəsi davam edəcək ekran işi barəsində Samirənin özü də fikirlərini bizimlə bölüşdü: "Mahnı o qədər pozitiv notlarla yazılıb ki, bunu hansısa sözlərə ifadə etməkdə çətinlik çəkirəm. Söz və musiqi bir-birini çox tamamlayır. İnşallah eşidəndə çox oxucularınız mənimlə həmfikir olacaqlar. Tərif kimi çıxmasın, içimdən bir səs deyir ki, bu real hitə namizəddir. Bütün sevib-sevənlər "Xoşbəxt oluram"da öz pak hisslərini tapacaqlar. Ceyhun və Anara bu gözəl mahnı üçün təşəkkür edirəm. Klipin ilk çəkiliş gününə gəlincə, yaradıcı heyət bütünlüklə gənclərdən ibarətdir. Özüm də daim yeniklik etməyə səy göstərən gənclərdənəm. Odur ki, həm Delee, həm də Səbinə xanımın, komandamızın işindən razı qaldım. Əlbəttə ki, yekun qərarı tamaşaçı verəcək. Çəkdiyimiz zəhmətin hədər getməyəcəyinə inanıram".
Mahnının bəstəkarı, Samirənin ilk duet ortağı Ceyhun da açıqlama edərək birgə çəkildikləri klip barəsində maraqlı fikirlər səsləndirdi :
"Mən bu duetin ilk notlarını yazanda özlüyümdə qərar verdim ki, yalnız Aşıq Samirə ilə mahnını ifa edə bilərik. Demək ki, fikrimdə yanılmadım. Samirə xanım mahnını dinləyəndə bəyəndiyini gizlətmədi və beləcə düşündüyüm duet ərsəyə gəldi. Təsadüfən öyrənmişəm ki, sən demə Aşıq Samirə də Əliyev soyadını daşıyır. Amma biz heç uzaq qohum da deyilik. Sadəcə yaradıcı iş bizi bir araya gətirdi. Öz bəstəmdir deyə söyləmirəm, məncə bu mahnı çox qısa zamanda sevgi himninə çevriləcək. Fərqlilik olsun deyə aranjemanı Rəşad Hüseynova məxsus olan duetimizi kliplə eyni anda üzə çıxaracağıq. Rejissor Delee söz verib ki, o, ən gözəl ideyalarını bu ekran işində cəmləşdirəcək. Səbrsizliklə "Xoşbəxt oluram"ın yolunu gözləyirəm".
Məlumat üçün bildirək ki, fevralın sonlarında hazır olacaq klip ilk olaraq jurnalistlər üçün nümayiş olunacaq.
Mini-film kimi üzə çıxarılacaq vizual əsəri Samirə və Ceyhun media nümayəndələri müzakirə etmək niyyətindədirlər.
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR