Eyyub Yaqubov kirvələr üçün mahnı oxuyub
Bizi izləyin

Tabloid.az

Eyyub Yaqubov kirvələr üçün mahnı oxuyub

Mahnının bəstəkarı Elçin İmanov isə musiqini bəstələməyənə qədər kirvə haqqında geniş anlayışının olmasığını etiraf edib.

Əməkdar artist Eyyub Yaqubov kirvə haqqında mahnı ifa edib. Tabloid.az xəbər verir ki, ifaçı mahnını ilk dəfə “Günaydın” verilişində ifa edib. Müğənni mahnı haqqında maraqlı açıqlama da verib.

“Rafael və Coşqunun ssenarilərinin müəllifi Müşfiq Abbasov məndən və Elçin İmanovdan kirvəlik mövzusu haqqında mahnı bəstələyib ifa etməyi xahiş etdi. Sözlərini elə Müşfiq özü yazıb. Bunun üçün də bəstəkar Elçin İmanovdan mahnı bəstələməyi xahiş edib. Məsələnin ciddi olmasına baxmayaraq, mahnıya bir az məzəli musiqili rəng də qatmaq istədik”.

Mahnının bəstəkarı Elçin İmanov isə musiqini bəstələməyənə qədər kirvə haqqında geniş anlayışının olmadığını etiraf edib.

“Mən kirvə anlayışı haqda elə də dərim biliklərə malik deyildim. Kirvəm atamın dostu idi. Bu işə elə belə baxırdım. Sonradan kirvə haqqında mənə geniş məlumat verildi. Kirvənin insana qardaşdan da artıq bir insan olduğunu anladım. Hətta əvvəllər qan söhbəti olan məsələləri kirvə bağlayırdı”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm