Aygün Kazımova: “Qorxuram evimə qan düşər” - Fotosessiya
Bizi izləyin

Tabloid.az

Aygün Kazımova: “Qorxuram evimə qan düşər” - Fotosessiya

Aygün Kazımova çağırılmamış qonaqla əyləndi

Xalq artisti Aygün Kazımova tədbirlərin birində tabloid.az-ın müxbiri ilə görüşüb. Elə bu zaman bir sıra maraqlı məqamlar yaşanıb. Müsahibə zamanı Kazımovanı qarşılayanlardan biri də çağırılmamış qonaq olub. Bu çağırılmamış qonaq isə pişik olub.

Heyvanlara xüsusi sevgisi ilə seçilən Kazımova pişiyi görüb müsahibəni yarımçıq saxlayıb, onu özü ilə gətirdiyi xüsusi dietik yeməklərə qonaq edib. Aygün Kazımovanın əlindən yemək yeyən pişik isə sonradan ondan əl çəkmək istəmədi.

Elə müsahibə almağa əyləşmişdik ki, pişik gəldi əyləşdi xalq artistinin yanında...

Bir azdan pişik bir qədər də irəli getməyə cürət etdi. Və nəhayət gəlib Aygün Kazımovanın qucağında əyləşdi. Bunu görən Kazımova başladı pişiyi sığallamağa... Hətta onu evə aparmaq qərarına gəldi. Müsahibəmi pozan bu pişiyə qıcıqlanmaq əvəzinə mən də başladım onu sığallamağa... Deyəsən, bu pişik qeyri-adi pişik idi. Elə bu məqam xalq artistindən onu bəlkə evə aparasınız deyə müraciət etdim. Kazımovanın cavabı da maraqlı oldu.

“Bilirsiniz ki, indiyədək evdə bir sıra heyvan saxlamışam. İt, meymun, tutuquşu və s. canlılarım olub. İndi də evdə yorkşir cinsindən olan it saxlayıram. Adı Prinsessadır. O, artıq ailəmizin bir üzvüdür. O, məni çox qısqanır. Bir dəfə rəfiqəm bizə öz iti ilə gəlmişdi. Başladım rəfiqəmin iti ilə oynamağa, onu sığallamağa. Prinsessa məndən küsdü. Həqiqətən incidi məndən. Qaçdı gizləndi və oğrun-oğrun mənə baxmağa başladı. Çağırsam da mənə yaxın gəlmədi. Hələ o rəfiqəmin iti idi. İndi mən evə qucağımda bu pişiklə evə girsəm evdə qan düşər (gülür)”.

Söhbətin bu yerində xalq artistimizdən xahiş etdim ki, bəlkə müsahibə üçün ayrı məkan seçək? Yoxsa bu çağırılmamış qonaq mənim bütün planlarımı pozacaq və mən redaksiyaya müsahibəsiz dönməli olacağam.

Çox sağolsun, xalq artistimiz məni qırmadı və müsahibə almaq üçün məkanı dəyişdik. Nəhayət ki, istədiyim müsahibəmi ala bildim. Elə müsahibəmiz bitirmişdim ki, bir də gördük ki, həmin pişik bizi axtarırmış. Uzaqdan Aygün xanımı görən həmin balaca pişik dərhal yan aldı ona tərəf. Artıq müsahibəmi almışdım deyə pişiyin gəlməsinə təbii ki, əsəbiləşmədim. Əksinə başladım onların şəklini çəkməyə... Müsahibəmi isə istəsəniz bu linkdən oxuya bilərsiniz...http://tabloid.az/news/15298

Oxumağa davam et
Reklam
Reklam

Gündəm