2 günə arıqladan effektli kokteyl
Bizi izləyin

Tabloid.az

2 günə arıqladan effektli kokteyl

2 günə arıqladan effektli kokteyl

Qəfildən qonaq dəvət olunanda xanımlar ancaq geyim dərdi çəkmirlər. Artıq çəki problemləri də xanımları narahat edir. Tabloid.az bədəni zəhərli toksinlərdən təmizləyən, şişliklərdən azad edən detoks reseptini təqdim edir:

Tərkibi:

1 ədəd yaşıl alma

2 ədəd limon

Yarım dəstə cəfəri

1 çay qaşığı qara istiot

2 çubuq darçın

1 paket yaşıl çay

1 paket nanə çayı

1 paket pəhriz çayı

2 litr su

Hazırlanması:

Yaşıl almanı 5-6 hissəyə, limonları ikiyə bölərək qabıqlarını soymadan çaydanın içinə atın. Daha sonra cəfəri, qara istiotu və darçını 2 litr su ilə birlikdə əlavə edib qaynadın. Su qaynayarkən çayları da çaydanın içinə qoyub dəmləyin.

Almalar yumşalana qədər qaynatmaq lazımdır. Daha sonra detoks suyunun soyumasını gözləyin. Soyuduqdan sonra suyu saxsı su qabına tökün. Detoks suyunuz hazırdır.

Detoks suyunu 2 gün, hər səhər oyandığınız zaman və hər gecə yatmazdan əvvəl bir stəkan olmaqla içməlisiniz. İçən zaman istəyinizə görə təzə nanə qata bilərsiniz. Suyu soyuducuda saxlamağı unutmayın. Bu su 2 gün ərzində qarın şişkinliyi azaltmağa kömək edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm