Uitni Hyustonun qızı süni nəfəs aparatından ayrıldı
Bizi izləyin

Tabloid.az

Uitni Hyustonun qızı süni nəfəs aparatından ayrıldı

Uitni Hyustonun qızına qoyduğu miras Kristinanın ölümündən sonra atasına çatacaq.

Əfsanəvi müğənni Uitni Hyustonun 21 yaşlı qızının komaya düşməsi barədə tabloid.az artıq xəbər verib. 31 yanvarda evinin vanna otağında huşsuz halda tapılan Bobbi Kristina hospitala yerləşdirilmişdi. Bu gün isə "Daily Mail" xəbər agentliyinin məlumatına görə, komada olan Kristina süni nəfəs aparatından ayrılıb. Bu isə onun gözlərini əbədi bağlaması deməkdir.

Həkimlərin verdiyi məlumata görə, Kristinanın beynində oksigenin tamamən itməsi onun artıq ayıla bilməyəcəyinə işarədir.

İlk öncə Kristinanın atası, məşhur musiqiçi Bobbi Braun nəyin bahasına olsa da, qızının süni nəfəs aparatından ayrılmasına icazə verməyəcəyini desə də, atası qızının aparatdan ayrılmasına razılıq verib.

Xəbər çıxdıqdan sonra isə sosial şəbəkələrdə Bobbi Braun istifadəçilər tərəfindən təhqir atəşinə tutulub. Onlar yazırlar ki, atası bilərəkdən qızının süni nəfəs aparatından ayrılmasına razılıq verib. Belə ki, Uitni Hyustonun qızına qoyduğu miras Kristinanın ölümündən sonra atasına çatacaq.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm