Kimin arvadı Kərim Abbasova məhkəmə işində yardım edib?
Bizi izləyin

Tabloid.az

Kimin arvadı Kərim Abbasova məhkəmə işində yardım edib?

O, İlqar Mikayıloğlunun ikinci həyat yoldaşı Zülfiyyə Bayramovanın ona dəstək kömək olduğunu bildirib

Müğənni Kərim bu gün “Gün üzü” verilişində maraqlı açıqlama edib. Tabloid.az xəbər verir ki, o, məhkəmə çəkişməsində aparıcı İlqar Mikayıloğlunun ikinci həyat yoldaşı Zülfiyyə Bayramovanın ona dəstək və işində kömək olduğunu bildirib.

“İlqar, sənin xətrin mənim üçün ayrıdır. Allah can sağlığı versin, sənin balalarının xeyir işində iştirak edim. Zülfiyyə, mənim əziz bacım, dəyərli dostum mənim bütün məhkəmə işlərimdə mənə bacılıq edib. Bütün günü mənim yanımda olub. Mənim bütün ağrı-əziyyətimi çəkib. Zülfiyyə, sən mənim əzizimsən”.

Qeyd edək ki, ifaçı məhkəmə çəkişməsi deyərkən keçmiş həyat yoldaşı prodüser Təranə Səmədova ilə aralarında yaşanan qalmaqallı məhkəmə prosesini nəzərdə tutub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm