Arıqlamaq istəyənlər üçün möcüzəvi tərəvəz
Bizi izləyin

Tabloid.az

Arıqlamaq istəyənlər üçün möcüzəvi tərəvəz

Onun tərkibindəki antioksidantlar digər faydalı tərəvəz və meyvələrdəkindən 2 dəfə daha çoxdur

Bənövşəyi rəngli şirin kartofun sağlamlıq baxımından yararlı olduğu çoxdan məlumdur. Ancaq son vaxtlar bu tərəvəzin pəhriz saxlayanlar üçün əsl möcüzə olduğu ortaya çıxıb. Əslində "kartof" adlandırılsa da, dad və tərkib baxımından kartofdan olduqca fərqlənən bu tərəvəz arıqlamaq istəyənlərin ən yaxşı köməkçisidir. Bu şirin kartof güclü antioksidantlar ehtiva edir. Belə ki, onun tərkibindəki digər faydalı tərəvəz və meyvələrdəkindən 2 dəfə çox antioksidant var.

Bənövşəyi rəngli şirin kartof alzeymerin qarşısını alır, qandakı yağların miqdarını azaldır və xərçəngdən müdafiə edir.

Şirin kartof şəkər xəstələri üçün də ideal qida hesab edilir. Çünki onun tərkibindəki maddələr insulin hormonunu tənzimləyir.

Həkimlər püre halına gətirilən şirin kartofa az yağlı süd əlavə edərək yeməyi məsləhət görürlər. Bu yemək qan şəkərini nizama salır.

Tədqiqatlar zamanı bənövşəyi kartofun nişasta parçalayan maddələr ehtiva etdiyi məlum olub. Yəni, bu kartof nişastanın şəkərə çevrilmə prosesini ləngidir. Ona görə də iştah azalır və arıqlama prosesi başlayır. Pəhriz saxlayan insanlara normal kartof əvəzinə bənövşəyi kartofdan istifadə etmək tövsiyə edilir.

Mütəxəssislər bildirirlər ki, hətta mütəmadi olaraq gündə 6-8 ədəd bənövşəyi şirin kartof yeyən insanlarda kökəlmə müşahidə edilmir. Çox maraqlıdır ki, insanı tox saxlayan bu tərəvəzdən istədiyiniz qədər yeyə bilərsiniz. Bu, nəinki sizi kökəldəcək, əksinə, arıqlamağınıza kömək edəcək.

Bənövşəyi kartof tərkibindəki A, C vitaminləri sayəsində immunitet sistemini gücləndirir. Tərkibində mis və lif də bol miqdardadır.

Diyetoloqlar bənövşəyi şirin kartof pəhrizlərinin insanı həm arıqlatdığını, həm də sağlamlaşdırdığını deyirlər.

Ancaq onu da qeyd etmək lazımdır ki, bu kartofun tərkibindəki insan üçün yararlı maddələr onu soyduqda, doğradıqda və bişirdikdə itir. İtkini minimuma endirmək üçün onu uyğun şəraitdə mühafizə etmək lazımdır.

Bəs, həmin şəraiti necə təmin etməliyik?

Soyuducuda saxlanmalıdır. Uzun müddət qaynatmaq olmaz, qızartmaq isə, ümumiyyətlə, tövsiyə edilmir. Buxarda və ya az suda bişirmək məsləhətdir. Yaxşı yuduqdan sonra qabıqlarını soymadan bişirmək lazımdır.

Əgər soyub doğramaq istəyirsinizsə, yeməyə əlavə etməzdən öncə soyun və vitaminin itməməsi üçün iri-iri doğrayın.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm