Bahar aylarında maksi ətəklər dəbdə olacaq - Fotolar
Bizi izləyin

Tabloid.az

Bahar aylarında maksi ətəklər dəbdə olacaq - Fotolar

2015-ci ildə dəb zövqlü qadınlara azadlıq bəxş edir

Bu il də xanımlar uzun ətəklərdən vaz keçməyəcəklər. Ötən il olduqca dəbdə olan maksi ətəklər yenə aktuallığını qoruyacaq. Əminik ki, uzun ətəkləri xoşlamayan xanımlar da bu dəblə ayaqlaşmağa can atacaqlar. Çünki 2015-ci ildə dəb zövqlü qadınlara azadlıq bəxş edir. Belə ki, özünüzü çərçəvələrə salmadan istədiyiniz rəngdə və modeldə maksi ətək seçimi edə bilərsiniz. Hətta naxışlı, gipürlü, şəffaf maksi ətəklər də dəbli hesab ediləcək.

Odur ki, bahar ayları yaxınlaşarkən siz də öz seçiminizi edin.

Tabloid.az-ın təqdim etdiyi fotolara baxaraq özünüz üçün ən uyğun olan maksi ətək modelinə qərar verə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm