Elariz: “Xatunun hərəkəti parodiyadan çox təhqirdir”
Bizi izləyin

Tabloid.az

Elariz: “Xatunun hərəkəti parodiyadan çox təhqirdir”

Xatunun məni parodiya etməsinin əleyhinəyəm. Çünki, o, peşəkar aktyor deyil.

Müğənni Xatunun verilişlərin birində həmkarlarını parodiya etməsi hələ də müzakirə olunan məsələlərdəndir. Bu dəfə Xatuna etiraz edən həmkarı Elariz olub. Tabloid.az xəbər verir ki, bu haqda Məmmədoğlu “ATV Maqazin” verilişinə danışıb.

“Xatunun məni parodiya etməsinin əleyhinəyəm. Çünki, o, peşəkar aktyor deyil. Onun bəzən saf niyyətlə etdiyi də xoşa gəlmir. Bir masa ətrafında əyləşsəydik, bunu qəbul edərdim. Efirdən bunu etməsinin əleyhinəyəm. Xatundan aktrisa çıxa bilər. Amma bunun üçün özünü doğrultmalıdır. Belə şeyləri öz aramızda edə bilərik. Xatuna demək istəyirəm ki, onun etdiyi hərəkət parodiyadan çox təhqirə bənzəyir”.

Qeyd edək ki, Xatunun Nazpəri Dostəliyevanı parodiya etməsi isə onların bir-birini təhqir etməsi ilə nəticələnib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm