Qadınların yataqdakı fantaziyaları
Bizi izləyin

Tabloid.az

Qadınların yataqdakı fantaziyaları

Siz elə bilirsiniz ki, sekslə bağlı fantaziyalar ancaq kişilərin xəyallarını bəzəyir?

Siz elə bilirsiniz ki, sekslə bağlı fantaziyalar ancaq kişilərin xəyallarını bəzəyir?

Əlbəttə, yox. Qadınların da xüsusi seks fantaziyaları var.

Sorğular nəticəsində qadınların öz düşüncəsində qurduğu seks fantaziyaları müəyyənləşdirilib. Məlum olub ki, qadınların bir çoxu orqazma çatmaq üçün aşağıdaki fantaziyaları qururlar:

Yad adam

Bir çox qadın xəyalında onun səhvlərini, kim olduğunu, haradan gəldiyini bilməyən və bunlar haqqında sorğu-sual etməyən, yad bir kişi ilə sevişməyi canlandırır. Hətta çox vaxt partnyoları ilə sevişərkən həmin adamla əlaqəyə girdiklərini düşünürlər.

Erotik film

Qadınların bir qismi seksdən öncə erotik film izləməyə üstünlük verir. Beləliklə də, cinsi istəklərini artırır və yataqda partnyorlarının ağlını başından almaq üçün necə davranmalı olduqlarını müəyyənləşdirirlər.

Kölə

Bəzi qadınlar idarəetməni partnyorlarına verməyi xoşlayırlar. Seks zamanı köləyə çevrilmək onlara həzz verir. Partnyorun istədiyi hər şeyə sorğusuz itaət etmək onların ən çox arzuladıqları şeydir.

Müdir

Bəzi qadınlar isə əksinə, yataqda cilovu öz əlində saxlamağı xoşlayır. Yəni, kişini köləyə çevirib ona fiziki ağrı hiss etdirməkdən zövq alırlar. Vəhşi bir qadın, kölə bir kişi bu tip qadınların fantaziyalarını bəzəyir.

Seksual kişi

Bütün qadınların heyran olduğu, yaraşıqlı, seksual və zəngin kişiyə “yox!” demək çətindir. Bir çox qadın sekslə məşğul olarkən hazırki partnyorunun əvəzinə ideal kişi ilə sevişdiyini xəyal edir.

Seksi videoya çəkirlər

Bir çox qadın bunu kabus hesab etdiyi halda, bəziləri sekslə məşğul olduğu anları kameranın yaddaşına köçürür. Sonra isə bu görüntüləri partnyorları ilə izləyərək təkrar-təkrar orqazm yaşayırlar.

Aldadıldığını görmək

Xüsusilə, cinsi istəksizlik yaşayan qadınlar bu tip fantaziyalar qururlar. Onlar partnyorlarını seksual bir qadınla sevişərkən təsəvvür edirlər. Bu onlarda cinsi istək oyadır və qısqanclıq duyğusunun da təsiri ilə seksdən daha çox həzz alırlar.

Rədd etmək

Bəzi qadınlar partnyorlarını onlarla sevişməyə təhrik etsələr də, daha sonra nazlanaraq kişinin ağlının başından çıxmasına səbəb olurlar. Həmin tiplər kişinin yalvarışlarından və onu razı salmaq üçün etdiyi fəndlərdən zövq alırlar.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm