Hamilə xanımların bel ağrısını azaldan məşqlər
Bizi izləyin

Tabloid.az

Hamilə xanımların bel ağrısını azaldan məşqlər

Hamilə xanımların bel ağrısını azaldan məşqlər

Hamiləlikdə qarın və kürək əzələlərini gücləndirmək üçün yüngül məşqlər edilməlidir.

Bədənin müqavimətini, şuxluğunu təmin etmək üçün bel ağrısının azaldılması üçün lazım olan tədbirləri görmək lazımdır. Əks halda bel ağrısına bir də stress problemi əlavə olunarsa, bu vəziyyət ağrıların şiddətini daha da artırar. Hamiləlikdə bel ağrısını yaşadığınız zaman stressə düşməyin, ağrıların azalması üçün idmanla məşğul olaraq rahatlayın.

Hər qadın hamilə qaldığı dövrdə bel ağrılarından şikayətlənir. Hamiləlik dövründə qadınların bədənlərinin ağırlıq mərkəzi önə doğru düşdüyü üçün və bu ağırlığın da beli xeyli yükləməsi bel ağrılarının yaranmasına səbəb olur. Mütəxəssislər bu problemin qarşısının alınmasının mümkünlüyünü, qadınların bu ağrıyla yaşamaq məcburiyyətində olmadıqlarını bildiriblər. Belə ki, hamiləlikdə bel ağrılarını aradan qaldırmaq üçün qarın və kürək əzələlərini gücləndirmək istiqamətində idman hərəkətləri edilməlidir.

Hamiləlikdə bel ağrısının aradan qaldırılması üçün üzmək çox ideal bir idmandır. Odur ki, hamilə qadınlara üzgüçülüklə məşğul olmaq tövsiyə edilir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm