Mədə qanaxması və xorası yaradan səbəblər
Bizi izləyin

Tabloid.az

Mədə qanaxması və xorası yaradan səbəblər

Mədə qanaxması və xorası yaradan səbəblər

Mədə xorası mədənin normal daxili örtüyünün, başqa sözlə selikli qişasının tamlığının pozulmasıdır. Qeyri-şiş mənşəli mədə xorasının yaranmasının əsas səbəbi mədə daxilində olan turşu-qələvi balansının pozulmasıdır. Mədədə turşunun (pepsin) ifraz edilməsi həzm prosesi üçün vacib şərtlərdən biridir. Normada qida və mədənin daxili müdafiə imkanları turşunun selikli qişaya zədələyici təsirini aradan qaldırır. Amma turşu-qələvi balansının pozulması mədənin zədələnmə ehtimalını artırır. Buna səbəb isə səhv qidalanmadır.

Müasir dövrdə insanların həyat tərzi onlara satışda olan hazır qidaları almağa, yaxud da yanlış qidalanmasına səbəb olur. Düzgün qidalanmaq vərdişinə yiyələnməmək xüsusilə mədə xorasından əziyyət çəkənlərə pis təsir edir. Tabloid.az Rusiya mətbuatına istinadən mədə xorası xəstələrinin gündəlik həyatlarında yol verdiyi səhvləri və mədəni korlayan səbəbləri təqdim edir:

1. Tünd çay və çoxlu qəhvə içmək: Əgər çox istəyirsinizsə, gündə ən çoxu 2-3 stəkan açıq çay və qəhvə içə bilərsiniz. Çoxlu qəhvə və çay içmək mədənin fəaliyyətini pozur. Bitki çayları mədə üçün daha faydalıdır.

2. Uzun müddət ac qalmaq: Kiçik porsiyalarla və 2-3 saat fasilə ilə qidalanmaq məsləhətdir.

3. Siqaret çəkmək: Xüsusilə də acqarına çəkilən siqaret mədə qanaxması və ya xorasını yaradır.

4. Sürətlə yemək: Yeməyin sürətli yeyilməsi mədədə turşu ifrazını azaldır.

5. Acı ədviyyatlı xörəklər yemək: İstiot kimi acı ədviyyatlar mədəyə ziyan verir.

6. Çox duzlu yemək: Gündə 6 qramdan artıq duz qəbul etmək olmaz.

7. Çox yumurta yemək: Çox yumurta yemək və buna adət etmək dalaq və mədə xəstəliyinin yaranmasına səbəb olur.

8. Bişməmiş ət yemək: Bişməmiş ət yemək qarında qurd yaradır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm