Vüsalə Rəcova müğənnilərin mikrofon dərdindən danışdı
Bizi izləyin

Tabloid.az

Vüsalə Rəcova müğənnilərin mikrofon dərdindən danışdı

Vüsalə Rəcova: “Mikrofon bəzilərinin ümidinə qalsaydı, yəqinki vəziyyətdən çıxa bilməzdi”

Tanınmış müğənni və teleaparıcı Vüsalə Rəcova məclislərdə müğənnilərin mikrofon savaşından danışıb. Həmişə aktual olan bu problemi incələyən sənətçi qeyd edib ki, bəzi sənətçilərin şəxsi mikrofonlarının olması bu zərurətdəndir.

“Elə məkanlar olur ki, texniki problem səbəbindən mikrofonsuz oxumaq olar. İstedadlı və təcrübəli ifaçı vəziyyətdən çıxa bilir. Amma elələri var ki, səsi olmur, eyni zamanda mikrofonun yaxşı işləməməsi onu səhnədə pis vəziyyətdə qoyur. Əksər sənətçilər bunun şahidi olublar. Böyük məclislərin birində olarkən, baxdım ki, mikrofon bərbad işləyir. Stolun üzərinə düzülən daşlı-qaşlı mikrofonu hərəsi qarşısına çəkib ki, bu, mənimdi. Mən onlar qədər problem yaşamadım. Səsimə güvənib, ətrafa bu problemi hiss etdirmədəm mahnılarımı oxuyub getdim. O mikrofon bəzilərinin ümidinə qalsaydı, yəqin ki, vəziyyətdən çıxa bilməzdi” – deyən Vüsalə Rəcova sonda planlarından söz açdı.

Son aylar repertuarını sürətlə yenilənən sənətçi bunları albom şəklində buraxılacağını bildirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm