Nikol Kidman Berlində kraliçalıq edir - Fotolar
Bizi izləyin

Tabloid.az

Nikol Kidman Berlində kraliçalıq edir - Fotolar

Nikol Kidman Berlində

Fevralın 5-də Almaniyanın paytaxtında 65-ci Berlin kinofestivalı başlayıb. Müsabiqənin mükafatları uğrunda 19 film yarışacaq. Proqramda ümumilikdə 441 filmin premyerası olacaq.

Dünən festivalda "Səhra kraliçası" filminin təqdimatı baş tutub. Nikol Kidmanın baş rolda oynadığı filmdə həmçinin amerikalı aktyor Ceyms Franko və britaniyalı aktyor Demien Lyuis rol alıblar.

Nikol Kidman təqdimat mərasiminə kraliça kimi geyinib. Belə ki, o, "Valentino Haute Couture" libasında, "Fred Leighton" firmasının sapfir sırğalarında kameralar qarşısına çıxıb.

Tabloid.az mərasimdən fotoları təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm