• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Atasının məsləhəti ilə model oldu, seks simvola çevrildi - Fotolar

Atasının məsləhəti ilə model oldu, seks simvola çevrildi - Fotolar

Adriana Lima, Keyt Apton, Kara Delevin kimi dünyaca məşhur modellərin yeni bir rəqibi var. Artıq firmalar Şarlotta Makkini adlı modellə işləmək istəyirlər. Buna səbəb Şarlottanın öz cazibədarlığı ilə tez bir zamanda hər kəsin diqqətini çəkməsi olub. Modelin rol aldığı reklam çarxı iki həftə ərzində 120 milyon nəfər tərəfindən izlənilib.

Yeni Keyt Apton elan edilən Şarlottanın atasının tövsiyəsi ilə modelliyə başladığı deyilir. Modellik etmək üçün Floridadan Los-Ancelesə köçən Şarlotta açıq-saçıq pozalar verməkdən çəkinmir.

“İnstagram”da da çoxlu təqibçi toplayaraq fenomenə çevrilən Şarlottanın ən böyük arzusu “Guess” brendinin reklam siması olmaqdır.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR