Tolqa Karel: “Günay məni döydürdü” – Fotolar
Bizi izləyin

Tabloid.az

Tolqa Karel: “Günay məni döydürdü” – Fotolar

Tolqa Karel Günay Musayevadan polisə niyə şikayət etdi?

Aktyor Tolqa Karellə həyat yoldaşı, azərbaycanlı model Günay Musayeva arasında baş verənlər hər kəsi təəccübləndirib. Tolqa Karel Günayın sürücüsü tərəfindən silahlı hücuma məruz qaldığını iddia edərək həyat yoldaşından polisə şikayət edib. Aktyor Günayın Maslakda yerləşən evinin avtomobil dayanacağında iki nəfərin hücumuna məruz qaldığını bildirib. Tolqa Karelin 2 aydır ki, həyat yoldaşından ayrı evdə yaşadığı və uşağını görə bilmədiyi məlum olub.

"Əvvəl zəng vurdum. Cavab vermədi. Mən də evinə getdim. Qapını açan olmadı. Dayanacağa düşəndə birdən iki nəfər hücum etdi. Biri silahlı idi. Onun həyat yoldaşımın sürücüsü olduğunu öyrəndim. Məni döydürüb, ona görə şikayətçiyəm".

Polisə izahat verən Günay Musayeva isə iddiaları rədd edib:

"Səhər saat 6-da içkili vəziyyətdə gəlib evi dağıtdı. Onu çölə çıxartdım. Sonra nə baş verdiyini bilmirəm".

Günay Musayevanın sürücüsü Ozkan Berber isə modelə kömək etmək üçün Tolqa ilə mübahisə etdiyini qəbul etsə də, silah gəzdirmədiyini bildirib. Məhkəmə Berberin Tolqaya 3 ay müddətində yaxınlaşmasına qadağa qoyub.

2011-ci ildə ailə quran Günay və Tolqa cütlüyünün Cihangir adında bir övladları var. Uzun müddətdir ki, cütlüyün boşanacaqları iddia edilirdi.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm