Kələm salatı - Resept
Bizi izləyin

Tabloid.az

Kələm salatı - Resept

Tabloid.az kələm salatının reseptini təqdim edir:

Tabloid.az kələm salatının reseptini təqdim edir:

İnqrediyentlər və hazırlanması:

Bir ədəd balaca kələm, təxminən yarım kilo – nazik və uzun-uzun doğrayın
1 xörək qaşığı duz
1 ədəd alma – qabığını soyun və kibrit şəklində doğrayın
3-4 xörək qaşığı göy soğanın doğranmış yaşıl hissəsi
zövgə görə zeytun və ya günəbaxan yağı
zövgə görə limon suyu
zövgə görə duz
zövgə görə istiot
bir çimdik şəkər tozu (zəruru deyil)
üstünə səpmək üçün hr hansı növ turş giləmeyvə (Mən zirinç səpirəm turşməzə dad üçün)

Kələmi bir kasaya qoyub üstünə duzu səpin. Əlinizlə təxminən bir dəqiqə sıxın ki, kələm yumuşalsın. Sonra kənara 15 dəqiqəlik qoyun ki, suyu çıxsın. Sonra suyunu əlinizlə sıxıb kələmi kasaya geri qoyun. Çalısın kələmi çox əzməyəsiniz.

Kələmə alma, zeytun yağı, limon suyu, duz, istiot və şəkər tozu əlavə edin. Qaba qoyub üstünə turş meyvələri və ya zirinci səpib salatı süfrəyə verin.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm