Müasir dekorasiyada divarlara boşqab düzmək ənənəsi - Fotolar
Bizi izləyin

Tabloid.az

Müasir dekorasiyada divarlara boşqab düzmək ənənəsi - Fotolar

Müasir dekorasiyada divarlara boşqab düzmək ənənəsi - Fotolar

Köhnə ev dekorasiyasında divarlara boşqab düzmək ənənəsi vardı. Yavaş-yavaş yox olan bu dəb yenidən geri qayıdıb. İndi divarlara tək boşqab asmaq əvəzinə, boşqab kollajı etmək çox dəbdədir. Dizaynerlər evdə tək qalan boşqabları və ya ailənizdən yadigar qalmış, amma istifadə etməyə qıymadığınız boşqabları divara düzməyi təklif edirlər. Müasir ev dekorasiyasında divarları çərçivələr bəzəsə də, antik boşqablar düzmək də aktualdır. Boşqablar ən çox yemək otağında və mətbəxin divarlarına dekor kimi istifadə olunur. Yemək masasının arxasındakı boşluğu doldurmaq üçün əla fikirdir.

Divarları boşqablarla təchiz edən zaman rəng və naxış uyğunluğu da mühümdür. Bu uyğunluğa əməl etdikdə evinizə çox nəfis dekorasiya bəxş edəcək və maraqlı guşə yaratmış olacaqsınız. Tabloid.az boşqab kollajına aid bir neçə nümunə seçib. Divarları boşqablarla bəzəməyə qərar vermisinizsə, bizim seçdiyimiz nümunələrdən ilham alaraq müxtəlif düzülüşləri sınaqdan keçirin.

Boşqabların səliqəli, yoxsa tamamilə dağınıq düzülüşü zövqünüzdən asılıdır. Divarlara asmaq üçün seçdiyiniz qablar çini, keramika, hətta həsir də ola bilər. Burada əhəmiyyətli olan evinizə uyğunlaşması və sizə sevinc gətirməsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm