Xərçəng xəstələri üçün ən riskli havalar
Bizi izləyin

Tabloid.az

Xərçəng xəstələri üçün ən riskli havalar

Soyuq havalar xərçəng xəstələri üçün risklidir

Bir çox tənəffüs yolu xəstəliklərinə səbəb olan soyuq havalar xərçəng xəstələrinin sağlamlığını da təhdid edir. Xərçəng xəstələrinin soyuq havalarda daha diqqətli olmasının vacibliyini vurğulayan onkoloq, professor Süleyman Alıcı əhəmiyyətli xəbərdarlıqlar edib.

Tabloid.az Türkiyə mətbuatına istinadən bildirir ki, soyuq havalar müalicəsi davam edən xərçəng xəstələri üçün risk yaradır. Müalicə kursları immun sistemini zəiflətdiyindən xəstələr qidalanmadan tutmuş sosial həyatlarına qədər bir çox məsələdə daha diqqətli olmalıdır. Belə ki, kiçik bir mikrob və ya soyuqdəymə yatağa düşməyinizə səbəb ola bilər. Nəticədə müalicəniz ləngiyər.

Bol meyvə yeyin

Məlum olduğu kimi, qış fəsli xəstəliklər dövrü olduğundan, bu aylar üalicə alan xərçəng xəstələri üçün xüsusilə risklidir. Odur ki, xəstələnməmək üçün əvvəlcədən lazımi tədbirlər görmək şərtdir. Səhhətinizə qarşı diqqətli olun. Xüsusilə də, qidalanmaya əhəmiyyət vermək lazımdır. Bu mövsümdə xəstəliklərdən qorunmağın ən yaxşı yolu bol-bol təzə meyvə və tərəvəz yeməkdir. Xərçəng xəstələri isə müalicə istiqamətinə uyğun olan meyvə və tərəvəz yeməlidir. Onkoloji müalicə alan xəstələrin qreypfurta üstünlük verməsi isə şərtdir. C vitamini ilə zəngin portağal, kivi və naringi kimi meyvələrin yeyilməsi isə immun sistemini gücləndirir.

Yaşıl yarpaqlı tərəvəzlər və zülal

Xüsusən, kimyəvi terapiya qəbul edənlər üçün qidalanma çox böyük əhəmiyyət daşıyır. Mövsümə uyğun təzə meyvələr və həkim reseptinə uyğun zülal tərkibli qidalar immun sistemini möhkəmləndirir. Təzə tərəvəzlərin vitamin dəyərlərini itirməmələri üçün doğru bişirmə üsulları ilə hazırlanmasına da diqqət etmək lazımdır.

Bitki çaylarından uzaq durun

Belə vaxtlarda həkiminizin reseptləri əsasında cökə kimi bitki çaylarını təkbaşına içə bilərsiniz. Ancaq tərkibi məlum olmayan, qarışıq bitki çayı adı altında təqdim olunan bitki çaylarından uzaq durun. Çünki bitkilərin istifadə etdiyiniz dərmanlarla qarşılıqlı təsiri mənfi nəticələr doğura bilər.

İzdihamlı yerlərdə diqqətli olun

Sağlam fərdləri belə xəstələndirən soyuq hava qrip və boğaz infeksiyaları, bronxit və sətəlcəm kimi xəstəliklərə səbəb olur. Getdiyiniz izdihamlı yerlərdə bu mikrobların yayılması ehtimalı daha böyükdür. Bütün müalicə müddətində infeksiya riskindən qorunmaq üçün kütləvi mühitlərdən uzaq durması tələb olunan xərçəng xəstələri qış aylarında, xüsusilə, özünü ətraf aləmdən kənarlaşdırmalıdır.

Həkim yazmayan dərmanları içməyin

Deyilənlərə əməl etməyinizə və özünüzü qorumaq cəhdləriniə baxmayaraq, soyuqdəymə və ya qripə yaxalandınızsa, həkimin yazmadığı hər hansı dərman qəbul etməyin. Həkimin xəbəri olmadan istifadə edəcəyiniz hər bir dərman müalicə prosesinə mənfi təsir göstərəcəyi kimi arzuolunmaz nəticələrə də gətirib çıxara bilər. Odur ki, xəstələndiyinizi hiss etdiyiniz an həkimə müraciət edin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm