Hollivudun məsum üzlü latın gözəli - Fotolar
Bizi izləyin

Tabloid.az

Hollivudun məsum üzlü latın gözəli - Fotolar

Gözəlliyi ilə dillərə dastan olan ifaçı - Fotolar

Onu “Disney”-in uşaq ulduzu kimi tanısaq da, Selena Qomez artıq Hollivudun cazibədar və ən çox arzulanan ulduzudur.

İştirak etdiyi dəvətlərdə geyindiyi möhtəşəm, təmtəraqlı ziyafət libasları, konsertlərindəki saç modelləri və şəxsi həyatı ilə daim göz önündə olmağı bacaran Selena Qomezin gözəlliyi də dillərə dastan olub. Tabloid.az Cenifer Lopezdən sonra Hollivudun "latın gözəli" statusunu qazanan ilk ulduz - Selena Qomezin gözəllik sirlərini təqdim edir:

Selena Qomez dəb dünyasının nəhəng makiyaj mütəxəssisləri və saç stilistləri ilə çalışsa da, gündəlik həyatda da özünəməxsus stilini yaradıb.

Qomez öz qüsurlarını bərpa etmək üçün internetdən köhnə şəkillərinə baxır və bir-bir tədqiq edir. Gənc müğənni köhnə şəkillərinə baxanda bəzən özünü nə hala gətirdiyinə inanmadığını deyir. “Teen Vogue Young Hollivud” gecəsində saçlarına etdiyi mavi kölgələr gənc müğənninin ən böyük peşmançılığıdır.

Bir çox məşhurlar kimi Selena Qomez də dərisinə xüsusi qulluq göstərir. Gözəl ulduz həftədə 4-5 dəfə "Clarisonic" cihazı ilə hamamda dərisini təmizləyir. Selena Qomez yuxudan duran kimi dərisini dərindən təmizləyərək onun nəfəs almasını təmin edir.

Gözəl təbəssümü ilə yaddaşlarda iz qoyan Qomez almacıq sümüklərinə və göz ətrafına aydınlaşdırıcı məhsullar çəkir. Nəticədə üzü işıq saçır və daha çəkici görünür.

Selena Qomezin cazibədarlıq sirri bunlarla məhdudlaşmır. Belə ki, o, gecə qəhvəsindən öncə göz ətrafındakı halqalar və torbaları aradan qaldırmaq üçün müvafiq kremlər çəkir.

Selena Qomezin əvəzolunmaz makiyaj məhsullarından biri də “Victorias Secret”ın Screen Siqnal Fiti adlı parıltılı göz kölgələiridir. Hollivudun gənc ulduzu gözlərinə yüngül parıltı verən bu məhsulun qara tonunu qələm yerinə istifadə edir. Açıq tonları da göz quruluşunu ideal şəkildə vurğulayır.

Qomezin gözəllik və təsiredici baxışlarının sirlərindən biri də qaynaq kirpiklərdir! Süni kirpiklər gənc müğənninin işini asanlaşdıran makiyaj texnikasıdır.

Bütün latın gözəlləri kimi Selena Qomez də gur və parlaq saçlara sahibdir. Amma bu məqamda da Qomezdən bir etiraf gəlir! Gözəl müğənni Selena Qomez qalın saçlarının təbii olmadığını və saç qaynağı etdirdiyini etiraf edir. Səhnədə uzun saçlarla şou göstərmək xüsusi zövq verir. Üstəlik uzun saçda özünü çox gözəl hiss etdiyini bildirir: “İnsan özündə olmayan nələrəsə sahib olmağı arzulayır. Mən də qalın saçlara sahib olmaq üçün bu üsula əl atdım. Tellərimə zülallı qaynaqla saç bərkidilir. Saçımı xüsusi daraqdan istifadə edərək darayıram. Saçım qarışanda daramanı asanlaşdıran laklar vururam. Düz saçları sevsəm də, son zamanlarda təbii olmasına diqqət edirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm