Günay İbrahimli Zeynəb Xanlarovanın mahnısını oxudu - Audio
Bizi izləyin

Tabloid.az

Günay İbrahimli Zeynəb Xanlarovanın mahnısını oxudu - Audio

Gunay İbrahimli mahnı haqda fikirlərini Tabloid.az-a açıqlayıb:

Fevral ayının 14-də baş tutacaq konsert proqramına hazırlaşan məşhur müğənni Günay İbrahimli daha bir cəsarətli addım atıb. Tabloid.az xəbər verir ki, ifaçı Azərbaycanın korifey sənətkarı Zeynəb Xanlarovanın repertuarına müraciət edib. Günay xalq artistinin "Ya məndə" mahnısını yeni aranjemanda ifa etmək fikrinə düşüb. Zeynəb xanım tərəfindən illər öncə sevilən mahnını ötən günlərdə Samir Şirinov yeni aranjeman edib və Günay öz ifasında səsləndirib. Müğənni oxuduğu zaman çəkilən video görüntünü "İnstagram" səhifəsində paylaşıb, həmin görüntü bir neçə saat ərzində yüzlərlə insan tərəfindən bəyənilib.

Gunay İbrahimli mahnı haqda fikirlərini Tabloid.az-a açıqlayıb: "Zeynəb Xanlarovanı uşaqlıq vaxtlarımdan dinləyirdim. Dahi sənətkarın, demək olar ki, bütün mahnıları xoşuma gəlir, amma nədənsə, ilk olaraq bu mahnısını oxumaq istədim. Bu cür gözəl insanın repertuarından mahnı səsləndirmək mənim üçün şərəfdir"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm