“Qremmi”dən Azərbaycana da pay düşdü
Bizi izləyin

Tabloid.az

“Qremmi”dən Azərbaycana da pay düşdü

Xalq artisti Firəngiz Əlizadənin əsəri də daxil olan “Deutsche Grammofon” albomu ilin ən yaxşı kamera musiqisi nominasiyasında “Qremmi” mükafatına layiq görülüb.

Məşhur amerikalı skripkaçı, meqa-star Hillari Hanın Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin əsəri də daxil olan “Deutsche Grammofon” albomu ilin ən yaxşı kamera musiqisi nominasiyasında “Qremmi” mükafatına layiq görülüb.

Tabloid.az AzərTAc-a istinadən xəbər verir ki, “Qremmi” mükafatının 57-ci təqdimat mərasimi fevralın 8-də Los- Angelesdə keçirilib.

Bu sevinci jurnalistlərlə bölüşən Firəngiz Əlizadə bunu bütövlükdə Azərbaycan musiqinin uğuru kimi dəyərləndirərək deyib:

“Çox sevinirəm ki, mənim əsərim də Hillari Hanın ifasında “Qremmi” mükafatı aldı”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm