• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Leylilər bir arada

Leylilər bir arada

İlk dəfə olaraq "Leyli və Məcnun" operasında Leyli olaraq səhnəyə çıxan Gülyanaq Məmmədova yaşadığı stressdən hələ də özünə gələ bilməyib. Tabloid.az xəbər verir ki, bu barədə sənətçi "Gün üzü" verilişinə danışıb.

"Dünən ilk dəfə olaraq şöhrət ordenli xalq artistimiz Mənsum İbrahimov ilə birlikdə “Leyli və Məcnun” operasını canlandırdıq. 20 ildir bu sənətdəyəm, ilk gündən bu, mənim ən böyük arzum idi. Operamızın direktoru Akif Məlikova təşəkkür edirəm. Bu şəraiti yaratdı bizim üçün. Kömək edən bütün sənət dostlarıma təşəkkür edirəm. 90-cı ildən bugünə qədər opera səhnəsində olan bütün Leylilər tamaşanı izləməyə gəlmişdilər. 1993-cü ildə Leyli olaraq səhnəyə çıxan Gülyaz xanımdan sonra səhnəyə çıxan Nəzakət Teymurova, Aygün Bayramova, Səkinə İsmayılova, Gülüstan Əliyeva, Mələkxanım Əyyubova, Simarə İmanova və bu rolu ən son ifa edən Arzu Əliyeva da izləyicilər sırasında idi. İnanın ki, yaşadığım stressdən bu gecəni də yatmamışam. Hələ də stressdən səhər yemək yeyə bilməmişəm. Mən indi dərk edirəm ki, səhnəmizin Leyliləri hansı həyəcanı yaşayıb səhnəyə çıxıblar".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR