Qadınların ağlını başından alan şəffaf ayaqqabılar – Fotolar
Bizi izləyin

Tabloid.az

Qadınların ağlını başından alan şəffaf ayaqqabılar – Fotolar

Artıq qışda da şəffaf geyinəcəyik

Şəffaf çantalar, geyimlər və ayaqqabılar dəbə minəndə hamı şübhəyə düşmüşdü. Bir çox dəb mütəxəssisi şəffaf geyim və aksessuarların qadınlar tərəfindən bəyənilməyəcəyini iddia edirdilər. Ancaq şəffaflıq xanımların gözləniləndən daha çox diqqətini çəkdi. Xüsusilə də şəffaf ayaqqabı və çantalar dəbli xanımların vaz keçilməzi oldu.

Xəyal gücünə güvənən qadınlar bu ayaqqabıları ən ağlasığmaz şəkildə kombinə edərək zövqlü görünməyi bacardılar. Artıq sadəcə yaz və yay ayaqqabıları deyil, qış ayaqqabıları da şəffaflıq trendi ilə ayaqlaşıb.

Xüsusilə də idman stilinə uyğun olan ayaqqabı modellərini rəngarəng corablarla geyinərək ona istənilən rəngi və naxışı verə bilərsiniz.

Sizin qarderobunuzda hələ də belə ayaqqabıdan yoxdursa, seçdiyimiz modellərə nəzər salın və alış-verişə tələsin.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm