Kıvanç Tatlıtuğun Amerikaya köçməsinin səbəbi məlum oldu - Fotolar
Bizi izləyin

Tabloid.az

Kıvanç Tatlıtuğun Amerikaya köçməsinin səbəbi məlum oldu - Fotolar

Yaraşıqlı aktyor Kıvanç Tatlıtuğun Amerikada yaşamağa qərar verməsinin əsl səbəbi məlum olub

Yaraşıqlı aktyor Kıvanç Tatlıtuğun Amerikada yaşamağa qərar verməsinin əsl səbəbi məlum olub. “Kurt Seyit və Şura” adlı serialının az reytinq topladığı üçün yayımı dayandırıldıqdan sonra xəyal qırıqlığına uğrayan Kıvanç əvvəlki populyarlığına qovuşmaq arzusundadır. Aktyor bunun üçün fransız bir prodüserdən kömək alaraq xarici seriallardan birində özünə yer tapıb.

Amerika istehsalı olan “Vikings” serialının üçüncü mövsümündə iki seriyada rol almaq üçün müqavilə imzalayan Kıvanç bəyənildiyi təqdirdə, müqaviləsinin müddəti uzadılacaq.

Dünyada ən çox izlənilən seriallardan biri olan “Vikings” VIII əsrdə Skandinaviyada adi bir kəndli ikən cəsarətli bir döyüşçüyə çevrilən Raqnar Lodbrokun hekayəsindən bəhs edir.

Qeyd edək ki, Kıvanç Tatlıtuğ serialın baş rol aktyoruna bənzərliyi ilə diqqət çəkir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm