Nurgül Yeşilçayın serialını heç bir kanal yayımlamaq istəmədi - Fotolar
Bizi izləyin

Tabloid.az

Nurgül Yeşilçayın serialını heç bir kanal yayımlamaq istəmədi - Fotolar

Türkiyənin ən cazibədar aktrisalarından Nurgül Yeşilçayın rol aldığı “Eşqin dili yoxdu” adlı serialı heç bir kanal yayımlamaq istəmədi

Türkiyənin ən cazibədar aktrisalarından biri olan Nurgül Yeşilçayın rol aldığı “Aşkın dili yok” (“Eşqin dili yoxdu”) adlı serialı heç bir kanal yayımlamaq istəməyib.

Mahsun Kırmızıgülün “Boyut film” adlı şirkətinin istehsalı olan serialda Nurgül Yeşilçayla yanaşı Dəniz Çakır da baş rol oynayıb.

Serialın iki seriyası çəkilib. Buna görə də xərclədiyi pulların hədər getməsini istəməyən şirkət serialı film formatına salmağa qərar verib.

Filmin tamamlanması üçün yazın ortalarından etibarən çəkilişlər başlanacaq.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm