Təranə Qumral: “Bunu pullu-qıllı kişilərin yanında oturanlar bacarar” - Fotolar
Bizi izləyin

Tabloid.az

Təranə Qumral: “Bunu pullu-qıllı kişilərin yanında oturanlar bacarar” - Fotolar

Bunu ancaq pullu-qıllı kişilərin yanında məlum məqsədlər üçün oturanlar bacarar

Təranə-Musa cütlüyü... İllərdir ki, səhnədə adları qoşa çəkilən 2 sənətkarın adı qalmaqalda da hallandı. Özü də ailə münasibətləri zəminində... Ər-arvadın davasına isə bütün el şahid oldu. Əsib keçən fırtına sakitləşəndən sonra məlum oldu ki, yel qayadan bu dəfə də heç nə apara bilməyib. Qısqanclıq adlı qayçı sevgini doğraya bilmədiyi kimi, münaqişələr də bu ailəni çökdürə bilməyib. Hələ də ayaqda olan ailənin üzvləri tabloid.az-ın qonağıdır:

ONLARIN SEVGİSİ AZALMIR

- Sual: İllər sevginizi azaltmadı... Hələ də ilk günkü kimi biri-birinizə aşiqsiniz?

- Musa Musayev (M.M): Bu yaxınlarda ova getməyə hazırlaşırdım. Ov mənim vazkeçilməz hobbimdi. Qızımın biri bizdən məsafəcə uzaqda, Buzovnada yaşayır. O birisi isə aiəsi ilə Lənkərana gəzməyə getmişdi. Mən isə ova gedəndə kiçik qızım Sevgin ilə anası tək qalacaqdı. Yatmağa getməzdən əvvəl saatı da zəngə qoydum. Yatmağa hazırlaşırdım ki, Təranə xanım gileyləndi: “Sən də gedirsən, biz qızımla tək qalırıq. Bir şey lazım olsa, əlimiz heç yerə çatmayacaq”. Elə bu mənə kifarət idi. Telefonun zəngini ləğv elədim. Ov xəstəsi olsam da, onun bir sözü ilə ovu təxirə saldım.

- Təranə Qumral (T.Q): Bu gün düz 3 saat məni gözləyib. Gözəllik salonuna aparıb, orada hazırlaşana qədər gözləyib. Musa müəllimi nə vaxt axtarsınız hazırlaşdığım salonun qarşısında tapa bilərsiniz. Ağaca dönür oralarda. Deyirəm, sən də müğənnisən. Nə durubsan burda? Get, sən də hazırlaş. Kimə deyirsən?

- M.M: Mən orda gözləməkdən zövq alıram. Sən nə danışırsan?

- T.Q: Soyuqda gözləməkdən bezmir, tükənmir.

- M.M: Mən səbirsiz adamam. Ancaq nə qədər lazım olsa, Təranə xanımı gözləyərəm.

- T.Q: Nə vaxt baxsanız, maşını gözəllik salonunun qabağındadır. Özüm də maşın sürə bilirəm. Ancaq etiraz edir. Gərək özü aparsın.

- Sual: Təranə xanım, yəqin bir qadın üçün bu, gözəl hissdir?

- T.Q: Adamı nə qədər sıxışdırmaq olar? Deyirəm, özüm sürüb gedərəm. Deyir, yaxşı, gəl, sür, mən də yanında oturum. Axı, onda nə fərqi olur. Elədənsə, özünün aparıb-gətirməyinə razılaşmalı oluram.

- Sual: Halbuki qadınlar ərlərinin onu səbrlə müşayiət etməməsindən şikayətçidir…

- T.Q: Yox, nə danışırsız, bu məni toya da aparanda özünə yapışdırır.

- Sual: Musa müəllim, nədi bu belə? İtirmək qorxusu?

- M.M: Elədi… İtirməkdən qorxuram. Bu həyatda mənə çox şeyi Təranə xanım verib. Adım vardı, özüm yox.

- T.Q: Yaxşı görək. Sənə nə olub? Yaraşıqlısan sən də.

- M.M: Mən meymunun axırıncı balasına oxşayırdım. Məni o formaya salıb.

- Sual: Bu qədər böyük sevginin qarşısında aranızda problem nədən yaranır, mübahisəniz nə üstə düşür?

- T.Q: Qısqanclıqdan. Başqa problemimiz olmur. Musanın könlünü bulandıran, onu qızışdıran çox olur. Mənimlə buna nail olmaq çətindir.

MUSAYA SÖYLƏNƏNLƏR MƏNƏ DEYILSƏYDI...

- M.M: Təranə xanım deyir ki, sənin içində qurdlar var. Neçə ildə bu qurdlar qurtarmadı? Deyirəm ki, yox, mən yekələndikcə qurdlarım da böyüyür.

- T.Q: Elə son qalmaqalların da səbəbi Musanın qısqanclığı idi. İllərdir ki, Musanın ailəsi məni qəbul etmir. Ailəsində musiqi aləmində olanlar var. Qıcıqlandırmaq istəmirəm. Amma problemlərimizin kökündə məhz bu amil də böyük rol oynayır. 3 il əvvəl bir müğənni restoranlardan birində Musanın başının ətini yedi. Adını çəkməklə, onu indiyədək həddən artıq reklam etmişəm. Daha onun adını dilimə almaq istəmirəm. Nəticədə Musa da gəlib evdə böyük bir qalmaqal törətdi. Mən isə artıq cana doymuşdum. Axı, nə qədər olar? Bir dəfə, iki dəfə, lap bir il, iki il... Mənim də artıq dözüm limitim bitmişdi. “Düzələr”, - deyib səbr edirəm, düzələn tərəfini hər dəfə biri vurub əyir. Onlar da hardan əymək lazım olduğunu bilirlər. Həmin müğənni mənə yaxınlaşıb Musa haqqında nəsə desəydi, ağzından vurardım. Qadın olmasına baxmayaraq, şillə-yumruqla üz cizgilərini qarışdırardım. Ona verdiyim bu dərsdən də hamı öz payını götürərdi. Sonra da gəlib bu işin əslini öyrənərdim. Ancaq Musa ona inanıb mənimlə bu boyda həngamə yaratdı.

BIR QADIN ÜÇÜN BU, CƏHƏNNƏMDƏ OLMAQ DEMƏKDIR

- Sual: Sevdiyiniz adamın bu hərəkətlərini sonradan bağışlamaq çətin olmadı?

- T.Q: Bilirsiniz, mən Musanı tanıyıram. Ona görə də, hərəkətlərini bağışlaya bilirəm. Bu da kənardan baxanlara fərqli təsir bağışlayır. Elə hesab edirlər ki, biz oynayırıq. Bu, oynamaq deyil. Sevgidə oynamaq olmur. Bunu ancaq pullu-qıllı kişilərin yanında məlum məqsədlər üçün oturanlar bacarar. Mənim hər şeyim – evim, pulum, maşınım, hələ əlavələrim də, ən əsası, övladlarım var. Övladlarım ən böyük sərvətimdi. Demək istəyirəm ki, başqaları kimi hazıra qonmamışam. Bunları dırnağımla, dişimlə qazanmışam. Elə bilirlər ki, Musanı zorla yanımda saxlayıram. Halbuki bir xəyanətini bağışlamaram. Özü də bilir ki, sevdiyinə şübhə etsəm, yanımda olmaz. Sakit və mehriban olsam da, çılğınlığım da var. Elə bir insanam ki, yapışdığımı qoparmasam, əl çəkmərəm. Pislik eləyəni məhv eləməsəm, dincəlmərəm. Sonuna qədər gedən insanam. Mənə pislik eləyənlər bilməlidir ki, bu günün sabahı da var. Elədiklərinin cəzasını bu dünyada mütləq çəkəcəklər. Əslində, artıq bu dünyanı varlığımla cəhənnəmə çevirmişəm. Gözlərini kor etmişəm. O gedir bütün kanallarda rejissorlara, prodüserlərə, redaktorlara deyir ki, Təranəni çəkməsinlər. Onun-bunun sözü ilə oturub-duran maşalar da var ha... Ancaq bu mənim vecimə deyil. Mənim gözəlliyim onu kor edib. Bilir ki, yanındakının gözü məndədir. Bu, bilirsiniz, nə deməkdir? Bir qadın üçün bu, cəhənnəmdə olmaq deməkdir.

- M.M: Qələt edir onun yanındakı...

- T.Q: Məndə gözü olan çox olacaq. Mənim gözüm onda olmasın. Onu hər gün öldürən qısqanclığıdır. Qısqanclıq insan üçün vərəm xəstəliyi kimidir. Allaha şükür ki, o xain hisslər məndə yoxdur. Bir də görürsən ki, mənə gəlib deyirlər: “Musanı filankəs öpdü”. Cavabım bu olur ki, qoy, öpsün. Xalqın malı xalqa məxsusdur. Ancaq xəyanəti bağışlamaram. Mənimdirsə, mənim olmalıdır. Mən “Kişidir də, hara getsə də, axırda qayıdacağı yer kürkçü dükanıdır” deyən qadınlardan da deyiləm. Mənə olan sevgisi tükənibsə, mənim yanımda olmağa məcbur deyil. Bunları biz Musayla müzakirə edirik. Bu baxımdan, mən həm də Musanın dostuyam. Günün birində sevgisi tükənə bilər. Bu olmasın deyə, kişinin şəxsiyyət vəsiqəsini cıran deyiləm, ya da onu özümə yapışdıran deyiləm. Musa bunu bilir. Onu rüsvay eləmək üçün də onun sirrini hardasa gedib danışmayacam. Məlum hadisələrdə də Musaya toz qondurmadım.

- Sual: Əsəblərin gərildiyi çoxlu anlar olub... Təranə xanıma əl qaldırmısınızmı?

- M.M: Mən Təranəyə heç vaxt əl qaldırmaram. Vursaydım, indi qarşınızda salamat otura bilməzdi.

- T.Q: Düz deyir. Əsəbiləşəndə əllərini divara vurur. İntəhası, elə də olur ki, mən özümdən çıxıram. Onda da Musa məni yola verir. Birimiz od olanda, o birimiz su oluruq. Düzdü, çox vaxt mən su oluram...

- M.M: Hərdən yerimizi dəyişirik...

- Sual: Ulduzlar nə deyir, bürcləriniz tuturmu?

- T.Q: Musa müəllim Dovşan ili, Qız bürcündəndi. Mən də At ili, Tərəzi bürcüyəm.

- M.M: Xaricdə At ili Tərəzi bürcündən olanları heç kim almır... Özü də çılğın at ili...

- T.Q: Amma sən aldın!

- M.M: Mən isə Dovşan ili, Qız bürcü... Mən almışam, ona görə də xoşbəxtəm!

QIZLARIM DA MƏNIMLƏ MƏSLƏHƏTLƏŞMƏDƏN HƏR HANSI ADDIM ATMAZ

- Sual: Qızlarınız analarının nəyini – hansı xüsusiyyətini götürüblər?

- T.Q: İkisi də sevib ailə qurub. Siz elə-belə baxmayın, mən ailədə yumruğu möhkəm qadınam. Həmişə də kürəkənlərimin tərəfini tuturam. Qızım o evdə səsini çıxara bilməz. Elə tərbiyə vermişəm ki... İkisi də universitet məzunudu. Qızlarım da mənimlə məsləhətləşmədən hər hansı addım atmaz. Bu günlərdə biri qızımın şəkillərindən istifadə edərək “İnstagram”da “Gülü” adı ilə bloq açıb. Bilən kimi o səhifəni bağlatdırdıq. Ancaq bu, mənim üçün başqa bir məsələdən xəbər verir. Görürlər ki, məni yıxa bilmirlər. Musa ilə şəkillərimi gördükləri yerlərdə təhqiramiz şərhlər yazırlar. Bilirəm kimlər yazır. Bunu xalqın sadə nümayəndələri etmir.

- M.M: Bilirsiniz, xalq bizi tanıyır, sevir, biz də xalqı. Xalq olmasa, biz kimik? Şəkillərimizin altına yazılan şərhləri 1-2 nəfər var ki, onlar yazır ya da yazdırır. Xalqımız da bunu bilsin.

MUSANIN CIBINDƏN “QURD DIŞI” ÇIXANDAN SONRA INANMAĞA BAŞLADIM

- T.Q: Ancaq mənə ləzzət edir. Kimin yazdırdığını və hansı hisslərə yenik düşüb yazdıqlarını yaxşı anlayıram.

- Sual: Aranızdan qara pişik keçdi... cadudan şübhələnirsinizmi? Ümumiyyətlə, caduya nə qədər inanırsınız?

- T.Q: Inanmırdım. Ancaq Musanın cibindən “qurd dişi” çıxandan sonra inanmağa başladım. Gözünüzün qarşısında ayrılığa qədər gedib çıxdıq. Musanın paltarlarını yığırdım artıq. Dişi tapandan sonra dayandım. Allah şeytana lənət eləsin. Evimdə yardımçım da var, yad adamlar da olur. Heç vaxt biri-birimizə ağır sözümüzü eşidən olmamışdı. Son hadisələr bir fırtına kimi girdi evimizə.

- M.M: Mən inanmamışam heç vaxt...

- T.Q: Yox, Musa inanırdı əvvəllər.

- M.M: Belə şeylər Allahın da xoşuna gəlmir.

- T.Q: Xoşuna gəlməsə də, eləyiblər də, Musa. Musanın üstündən nə qədər cadu-piti çıxartmışam.

- M.M: Qalstukumun arxasına, cibimə, yatağımıza da qoyublar. Kürəyimə qurd yağı çəkiblər. Hamının gözünə şiş kimi batan sevgimiz, birgə olmağımızdır. Sevgi bilməyən insanlar bizə baxıb ürəyi partlayıb.

- T.Q: 53-54 yaşında gedib uşaq doğub, ailə qurub, bununla mənə oxşamaq istəyir. Ancaq mən Musa xarakterli bir kişi ilə 21 ildir çiyin-çiyinə yaşamışam. Az iş deyil ki. Sevgi olmayan yerdə bu qədər ili bir yerdə yaşamaq olmaz. Biz bu illəri biri-birimizi sevərək yaşadıq. O səhifələri artıq həyatımdan tamamilə çıxarmışam. Heç yaşanmamış hesab etməyə çalışıram.

BAŞQA KIŞILƏRLƏ GÜNDƏMƏ GƏLMIRƏM KI

- Sual: Siz cütlük olaraq həmişə tanınmısınız... Özünüzə məxsus bir auditoriyanız olub. Qalmaqallar populyarlığınıza nə qədər təsir etdi?

- T.Q: Bu gündəmdə qalmaq üçün deyildi. Qalmaqala pis baxıram. 1996-cı ildən oxuyuram. Qalmaqallardan üstümə toz da qonmasını istəmərəm. Aranı qarışdıranlar var. Məsələn, bu yaxınlarda bir rəqqasə mənə bir söz dedi, mən də cavabında minini dedim. Durub başını sığallayamayacaqdım ki. Dəli, əsəbi, qısqanc da olsa, bir ərim var. Başqa kişilərlə gündəmə gəlmirəm ki. Yenə də öz ərimlə gündəmə gətirirsiniz.

- M.M: Sevgini pulda da görənlər kor yaşayırlar. Elə hesab edirlər ki, pul varsa, hər şeyi var. Ancaq elə deyil.

- T.Q: İllərdir ki, susuram. Ən çox da qızlarımın olması məni susmağa vadar edib. Onları düşünüb ünvanıma deyilənlərə cavab vermirdim. Cavab verməyimlə isə bəzi adamların hətta görünüşcə də dəyişməsinə səbəb oldum. İndi saçını mənim kimi yığır, mənə bənzəməyə çalışır. Ancaq unudur ki, o, mənim nəinki yerişimi yeriyə, ayaqqabımı da geyinə bilməz. Çünki mənim ayaqlarım idealdır, onun isə ayağı kişi ayaqları kimidir. Onun kimi ora-burama yamaq da eləmirəm.

- Sual: Qalmaqalın qurbanısınız, həm də kimlərinsə nəzərində qalmaqallardan sui-istifadə edirsiniz...

- M.M: Mən qeyd etmək istəyirəm ki, qalmaqal yaxşı rol oynaya da bilər, pis rol da. Sənətkar üçün qalmaqal yaxşı rol oynaya bilər. Onun qalmaqalına heç kim fikir verməz. Ancaq qalmaqallarla ayaqda qalmağa çalışan istedadsızlar da var. Belələri 100 qalmaqal da yaratsa, xeyri olmayacaq. Biz son qalmaqallardan əvvəl də gündəmdə idik. Heç kimə belə şeylərlə gündəmə gəlməyi arzulamaram. Indi hər qalmaqaldan söhbət düşəndə bizim orada olub-olmamağımızdan asılı olmayaraq, bizi nümunə göstərirlər. Heç qeyri-qanuni uşaq dünyaya gətirənlərdən danışan yoxdu.

- T.Q: Neçə ildir bizi qalmaqalsız seviblər. Adamlar var ki, gedib rəfiqəsinin ərindən uşaq doğur. Onun kim olduğunu hamı bilir.

- M.M: Neçə ildir bir-birimizə baxıb oxumuşuq. Hansısa masada kiməsə göz qoymamışıq. Ailə olduğumuz üçün də xalq bizi sevib. Ailəsinə kimisə buraxmaq istəməyənlər məhz bizi məclislərinə dəvət ediblər.

- Sual: Həyatda da, sənətdə də duetiniz alındı. Bəs, dueti başqaları ilə də sınaqdan çıxarmağa necə baxırsınız?

- M.M: Əsla. Təranə xanım mənə yalnız bir nəfərlə duet oxumağa icazə vermişdi. O da əfsanəvi sənətkarımız, dünya şöhrətli ulduzumuz Zeynəb xanım Xanlarova ilə. O, mənim 2 mahnımı - “Yalan dünya” və “Nazlı yarım” mahnılarımı ifa edib. Təranə xanım Zeynəb xanımın evində olduğumuz vaxt demişdi ki, duet də oxumağımıza icazə verər. Ancaq mən ona heç kəslə duet oxumağa icazə vermərəm. Ölüm haqqdır. Bəlkə mən, ya da o, dünyasını dəyişər. Mən ondan sonra da heç kimlə duet oxumaram. İnanıram ki, mən də ölsəm, Təranə xanım heç kimlə oxumaz. Duet oxuyanlar çoxdur. Ancaq bizdən əvvəl duet oxuyan bir ailə tanıdım. Daha oxumurlar. Çünki biri rəhmətə getdi. Təranə Vəlizadəni nəzərdə tuturam. Onun yoldaşı Eyvaz rəhmətə gedəndən sonra daha heç kimlə duet oxumadı. Onlar da biri-birini hədsiz sevirdi. Hər ikisinə böyük hörmətim vardı.

- T.Q: Özü istəsə, mən ona heç nəyi qadağan eləmirəm

- M.M: Bilir ki, mən heç kimlə duet oxumaram. Ona görə arxayındı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm